Aygün Kazımova: “Məni çirkab oyunların qurbanı etməsinlər“

img

09-12-2013 [11:29]


Xalq artisti Aygün Kazımova mətbuata müraciət edib. Müğənni mətbuat nümayəndələrini onu piar oyunlarına qatmamağa çağıraraq pərəstişkarlarının bundan narahat olduğunu bildirib.

"Sevimli tamaşaçılarıma, fanatlarıma, canlarıma söyləmək istəyirəm ki, hiss edirəm, bilirəm, duyuram ki, hər dəfə xoşagəlməz söz-söhbətlər sizə çox pis təsir edir.

Hər zaman çox üzülürsünüz, dilxor olursunuz, qırılırsınız. Ətrafda mənə qarşı bu cür hallar yaşananda, elə mən özüm də eyni hissləri yaşayıram, işləyə, çalışa bilmirəm. Bu halımı heç sevmirəm, inanın, lider olmaq doğurdan da çox çətindir. Hələ nə qədər atılan daşlara məhəl qoymuram.

Üzülməyin, canlarım mənim, siz mənim hər şeyimsiz. Sizə söz verirəm, bir də heç kimin nə gözlənilməz təhqirlərinə, atmaca, şər və böhtanlarına cavab verməyəcəyəm, kimlərinsə planlı tələlərinin qurbanı olmayacam.

Və burdan bütün media nümayəndələrinə müraciət edirəm ki, məni kimlərinsə öncədən planlaşdırılmış çirkab oyunlarının qurbanı etməsinlər. Birtəfərli müsahibələr alıb, məni münasibətdə olmadığım insanlarla istəmədən qalmaqallara salmasınlar. Mən bunu istəmirəm. Çünki həm mən, həm də sevənlərim çox üzülür.

Hörmətli media nümayəndələri, sizdən ricam, qarşı tərəfin planlı şəkildə hazırladığı ucuz reklam piarına son qoyasız, mənim adımı hallandırmayasız. Mənim bu cür çirkin piara ehtiyacım yoxdur. İstəmirəm, arzu etmirəm və heç vaxt da etməmişəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR