ABŞ konqresmeni: "Baydenin impiçmenti üçün qətnamə layihəsi hazırlayacağam"

img

14-01-2021 [12:42]


ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı konqresmen Marcori Teylor Qrin Cozef Baydenin ABŞ prezidenti kimi ilk iş günündə impiçmentinə dair qətnamə layihəsini Konqresə təqdim etmək niyyətindədir.

Bunu “Hill” qəzeti yazıb.

“Amerika xalqı adından bəyan etmək istərdim ki, liderlərimizin məsuliyyətli olmasından əmin olmalıyıq. Səlahiyyətlərindən sui-istifadə etmək istəyən və xarici hökumətlərdən, Çinin və Ukraynanın enerji şirkətlərindən asanlıqla rüşvət ala bilən prezidentimiz ola bilməz. Ona görə də Cozef Baydenə qarşı impiçment maddələrinə müraciət edəcəyəm”, - konqresmen vurğulayıb.

Qəzet yazıb ki, M.T.Qrin təşəbbüsünü əsaslandırmaq üçün seçilmiş prezidentə qarşı hansı ittihamları irəli sürəcəyini açıqlamayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA