Türkiyədə İŞİD terror təşkilatının üzvü saxlanılıb - FOTO

img

12-01-2021 [17:16]


Türkiyədə iki böyük terror aktının törədilməsində təqsirləndirilən İŞİD terror təşkilatının üzvü saxlanılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İŞİD terrorçusu Azzo Halaf Süleyman El Ağğal Milli Təhlükəsizlik Təşkilatı (MİT) ilə birgə keçirilən əməliyyat zamanı Şanlı Urfa vilayətində ələ keçib.

Terrorçu ifadəsində İŞİD-in terror aktlarını planlayan Abu Bera Mahir El Ağğalın göstərişilə partlayıcılar hazırladığını etiraf edib/APA.

Qeyd edək ki, 2015-ci ildə Şanlı Urfanın Suruc rayonunda törədilən partlayış zamanı 34 nəfər ölüb, 104 nəfər yaralanıb, 2016-cı ildə isə İstanbulda Sultanəhməd məscidində törədilən terror aktında 14 nəfər ölüb, 9 nəfər yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA