Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə Rusiyadakı keçmiş səfirin namizədliyini irəli sürüb

img

11-01-2021 [16:12]


ABŞ-ın yeni prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Uilyam Bernsin namizədliyini irəli sürüb.

Bu barədə yeni dövlət başçısının keçid komandasından bildirilib.

Berns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu ildə Kondoliza Rays istefa verəndən sonra Hillari Klinton vəzifəsinin icrasına başlayanadək bir müddət dövlət katibi postunu tutub.

Qeyd edək ki, onun namizədliyini bu posta da irəli sürmüşdülər. Ancaq sonradan Entoni Blinken dövlət katibi vəzifəsinə namizəd göstərilib.

Uilyam Berns 1956-cı il aprelin 4-də Şimali Karolinada anadan olub. 2011-2014-cü illərdə dövlət katibinin müavini işləyib. 2015-ci ildən isə Beynəlxalq Karneqi Fondunun prezidentdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA