Rusiyada təyyarələr toqquşdu: ölənlər var + FOTO

img

08-01-2021 [19:13]


Rusiyanın Leninqrad vilayətində yerə çırpılan təyyarənin qəzadan əvvəl havada digər təyyarə ilə toqquşduğu məlum olub.

Bu barədə TASS-a Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğundan bildirilib.

“İlkin məlumata görə, “Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper” təyyarəsi onun ardınca uçuş edib. Təyyarələr uçuş zolağı üzərində havada toqquşub. Yüngül mühərrikli “Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib. İnsident nəticəsində “Cessa”nın pilotu zərər çəkməyib”, - deyə məlumatda bildirilir..

Prokurorluqdan “Piper” təyyarəsinin yerə çırpılması nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyiblər/APA.  

Faktla bağlı araşdırmalara başlanılıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA