"Qədimilər" öz ampluasında: ermənilər SOCAR-a niyə hücum edir?
08-01-2021 [18:46]
Qarabağ müharibəsində məğlubiyyətə uğradıqlarını etiraf edən Ermənistanın, təəssüf ki, Azərbaycan xalqı və dövləti ilə sivil dinc qonşuluğa hazır olduğunu söyləmək üçün hələ ki elə bir əsas yoxdur.
Keçmişin acı təcrübəsindən bildiyimiz kimi, erməni tərəfi hər cür saziş və razılaşmanı asanlıqla poza, utanıb-çəkinmədən qırmızı yalan danışa, böhtan ata, Azərbaycanın iştirak etdiyi hər hansı layihəni pozmaq üçün istənilən bəhanə və vasitələrə əl ata bilir.
Hətta dünya ölkələrində yaşayan varlı ermənilərin bir çox hallarda “tarixi vətən”lərini iqtisadi uçurumdan xilas etmək üçün orada hansısa işə başlamaq, layihə icra etməkdənsə, bizə qarşı müxtəlif qarayaxma kampaniyalarına vəsait buraxmağı üstün tutmalarına dair çoxlu misallar var.
SOCAR-ın nailiyyətlərinə qıcıq
Azərbaycan hüdudlarından xeyli uzaqlarda da müvəffəqiyyətli biznes quran, xaricdəki layihələrdən ölkəmizə böyük mənfəətlər qazandıran SOCAR-ın fəaliyyətinə kölgə salmaq, ona qara yaxmaq erməni təbliğatının köhnə mərəzidir. Onların Ukraynada, Rusiyada mətləbə dəxli olmayan məsələləri bəhanə edib qaldırdıqları haray-həşiri yada salmaq olar. Xüsusilə də SOCAR-ın İsveçrədəki fəaliyyəti erməniləri daha çox qıcıqlandırır və bu da təbiidir, çünki dünya iqtisadiyyatında mühüm yer tutan həmin ölkədə yanacaq kimi strateji sahədə iş görmək işgüzar nüfuzunu əhəmiyyətli dərəcədə artırmaq deməkdir. Həm də, sözsüz ki, yanacaq sahəsi sərmayə yatırmaq üçün ən sərfəli və etibarlı yerdir.
İsveçrədə 2011-ci ildən fəaliyyət göstərən SOCAR ilk olaraq “Ecco Schweiz GmbH” şirkətinin səhmlərini almaqla neft məhsullarının topdan və pərakəndə satışına, habelə adıçəkilən şirkətlə bağlı bir sıra layihələrin icrasına başladı. Yeri gəlmişkən, “SOCAR Trading” şirkətinin qərargahı da Sürix şəhərində yerləşir.
Ötən ilin dekabr ayında İsveçrədəki yanacaqdoldurma məntəqələrinin sayını 200-ə çatdıran “SOCAR Energy Switzerland” bir qədər əvvəl tərəfdaşları ilə birgə Bern kantonunda (əyalətində) ən böyük elektromobillərin sürətli yükləmə stansiyasını da istismara verib. Daha əvvəl də şirkətin 11 stansiyasında elektromobillərin sürətli yükləmə məntəqələri fəaliyyət göstərirdi ki, bu da ölkənin ən böyük şəbəkəsi deməkdir. 2019-cu ilin mart ayında isə İsveçrə Federal Yollar Ofisi (FEDRO) tərəfindən avtomobil yolları üzərindəki istirahət guşələrində 20 ədəd elektromobillərin sürətli doldurulma məntəqəsi tikintisinə dair keçirilmiş tenderin qalibi olan SOCAR həmin tenderin qalibləri arasında yeganə ənənəvi yanacaqdoldurma şəbəkəsi operatorudur.
Cəfəng ittihamlar
Sırf iqtisadi, yaxud hüquqi vasitələrlə SOCAR-a “batmaq”da aciz qalan erməni diasporu vaxtaşırı olaraq şirkətin “milli mənsubiyyəti”lə bağlı əks-təbliğatı artırır. Son dəfə SOCAR-ın guya Ermənistana qarşı təbliğat aparması, İsveçrənin bitərəf statusuna zidd olaraq bu ölkədəki biznesdən əldə edilən gəlirlərin Qarabağ müharibəsinə sərf olunması kimi iddiaların ortaya qoyduğu məqalə “Basler Zeitung”un saytında ötən ilin dekabrın 3-də yerləşdirilmişdi. Həmin iddialara bəhanə kimi İkinci Qarabağ Müharibəsi vaxtı SOCAR-ın feysbukdakı rəsmi səhifəsindəki yazılar götürülmüşdü. “SOCAR İsveçrədə dünyanın digər ölkələrindən daha çox gəlir əldə edir. Azərbaycandakından belə daha çox. 2019-cu ildə şirkət dünya səviyyəsində təxminən 48 milyard frank məbləğində ticarət əməliyyatlarına nail oldu ki, bunun 36 milyarda qədəri, yaxud 76 %-i İsveçrənin payına düşür. Bu rəqəmlərə SOCAR-ın 2019 ilin hesabatında baxmaq olar”.
Azərbaycana qarşı təbliğata ölkənin solçu qanadına məxsus ayrı-ayrı siyasətçiləri də cəlb etməyə çalışan erməni diasporu SOCAR məhsullarına boykot çağırışlarını da səsləndirir. Bununla belə İsveçrə siyasətindəki sağçı çoxluğu həm SOCAR-a, həm də bütövlükdə ölkəmizə qarşı müsbət münasibət bəsləyir. Onlar müharibə dövründə eyni məzmunlu çağırışların erməni tərəfindən də səsləndirildiyini, SOCAR-ın yaxşı işlərinin üstündən xətt çəkməməyin vacibliyini vurğulayırlar.
Yalan və böhtan kampaniyası
Beləliklə, SOCAR-a qarşı bütün bu təbliğatın “qədim erməni ənənələri”nə tam uyğun yalan və böhtan üzərində qurulduğunu söyləyə bilərik. Cəmi bir ay bundan əvvəl Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova parlamentin yuxarı palatası olan Kantonlar Şurasının yeni seçilmiş prezidenti Aleks Kuprextlə görüşü zamanı erməni lobbisinin müharibə dövründə də, sonradan da Azərbaycana qarşı yürütdüyü çirkin təbliğatlara toxunaraq hökuməti bu cür fəaliyyətləri qınamağa çağırıb.
Bununla yanaşı, Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarındakı qanunsuz fəaliyyətlərindən də söhbət açan səfir həmçinin isveçrəli iş adamı, “Goldstar” şirkətinin və “Franck Muller” saat brendinin rəhbəri Vartan Sirmakesin uzun illər ərzində işğal olunmuş Azərbaycan torpaqlarında qızıl və başqa mədənlərinin qanunsuz istismarı ilə məşğul olduğunu, buna görə Baş Prokurorluq tərəfindən barəsində cinayət işi açıldığını diqqətə çatdırıb.
İsveçrədə erməni mənşəli iş adamlarının müxtəlif siyasi və iqtisadi dairələrində ciddi təsir imkanlarına malik olduğunu vurğulayan səfir erməni diasporunun bu dövlətin bitərəf statusuna xələl gətirməyə çalışdığını da dilə gətirib. Diplomat həmçinin erməni lobbisinin təsiri altında olan isveçrəli millət vəkillərinin də adlarını sadalayıb.
Kantonlar Şurası prezidenti A.Kuprext də İsveçrənin həmişə bitərəf qalacağına, öz milli dəyərlərinin erməni lobbisi tərəfindən pozulmasına yol verməyəcəyinə səfiri əmin edib.
Yalan ayaq açar, yeriməz
Əlbəttə, bütün bu fitnə-fəsadların SOCAR-ın İsveçrədəki fəaliyyətinə və nüfuzuna hansısa təsir göstərəcəyinə inanmaq çətindir. Bununla belə, yuxarıda qeyd olunan məqalədə Ermənistan ordusunun Azərbaycan ərazisindəki neft infrastrukturu obyektlərini hədəfə almasına dair SOCAR-ın rəhbər şəxslərinin elə həmin “Facebook”da paylaşılan açıqlamalarına toxunulmaması da suallar doğurur. Belə ki, SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov da Ermənistanın bununla təkcə Azərbaycanın yox, Avropanın də enerji təhlükəsizliyinə xələl gətirdiyini qeyd edib. Ermənistanın bu təxribatlarla dünyanın iri şirkətlərinin də iştirak etdiyi layihələri pozmaq niyyətində olduğu, görəsən, niyə açıq göstərilmir?
Sözsüz ki, yalan və böhtana çoxdandır adətkərdə olmuşuq. Ta Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, başqa irimiqyaslı regional layihələrini həyata keçirərkən bu cür çirkin hücumlara az sinə gərməmişik. Həmin layihələri pozmaq üçün ermənilər hər cür vasitələrə əl atıblar, ən müxtəlif istiqamətlərdən zərbə vurmağa çalışıblar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan bu gün regionun iqtisadi lideridir, Ermənistan isə böyük layihələrdən kənarda qalıb. Yəni bundan sonra da nə qədər canfəşanlıq göstərsələr də, Azərbaycan daha çox inkişaf edəcək, daha firavan yaşayacaq, Ermənistan isə eyni böhran və borc girdabında itib-batacaq.
Qulu Nuruyev, ekspert
Report
Kreml: Polşanın PUA-larla bağlı insidentdən sonra Rusiyaya qarşı ritorikası yeni deyil
Küləkli hava şəraiti həftə sonunadək davam edəcək - XƏBƏRDARLIQ
Zelenski Rusiya iqtisadiyyatı üçün ən güclü zərbə hesab etdiyi sanksiyaları açıqlayıb
"Volfsburq" Kristian Eriksen ilə müqavilə imzalayıb
Alen Simonyan: Azərbaycanın gələcəkdə hər hansı təhlükənin qarşısını almaq istəyini haqlı hesab edirik
Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
"Real Madrid" Van de Veni transfer etmək istəyir - "Tottenhem" 80 milyon avro tələb etdi...
Masallıda avtomobil yolunun təmirinə vəsait ayrılıb - SƏRƏNCAM
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Alen Simonyan: Bizim mağazalarımızda Azərbaycan malları olacaq
Finlandiya Prezidenti Ukraynada səfərdədir
"Sakaryaspor" Mete Kaan Demiri heyətinə qatıb
Paşinyan Rusiyaya səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
Misir ABŞ-ni öz ölkəsində HƏMAS-a zərbələr endirməkdən çəkindirib
MİQ imtahanında iştirak qiyməti müəyyənləşib
72 mindən çox müəllimin əməkhaqqına əlavələr ediləcək
ABŞ heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsində Ermənistana gələcək
Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək
Qarabağ və Şərqi Zəngəzurda bağçaların sayı 13-ə çatdırılacaq
Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq
Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA
Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb
"Beşiktaş" daha bir oyunçunun müqaviləsinin müddətini uzadıb
İsrail 200 min insanın Qəzzanı tərk etdiyini bildirib
Direktor müavini kanalda boğulub
Azərbaycan nefti bahalaşdı
Türkiyədə mediaya qarşı sensasiyalı əməliyyat: "Habertürk" və "Show TV" kanallarına "əl qoyuldu" (VİDEOLAR)
Ankarada zəlzələ olub - 4,1 bal gücündə
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
Hacıqabulda polis əməliyyatı: saxlanılan var
"Gençlerbirliği" 25 yaşlı cinah hücumçusunu icarəyə götürüb
"Eyüpspor" yarımmüdafiəçi transfer edib
NETANYAHU QƏTƏRİ HƏDƏLƏDİ: "Ya onları təslim edərsiniz, ya da..."
"Beşiktaş" Aymerik Laportu "radar"a alıb
BMT Baş katibi: "Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik"
"Fatih Karagümrük" isveçli oyunçusu transfer edib