Vaksinlər Gürcüstana nə vaxt gətiriləcək? - Açıqlama

img

08-01-2021 [17:51]


“Fevral ayında Gürcüstanın “COVAX” platforması vasitəsilə müəyyən miqdarda peyvənd əldə edəcəyi gözlənilir”.

Bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, koronavirusa qarşı vaksinin ilk partiyası həssas qruplar üçün nəzərdə tutulacaq: “Biz Ümumdünya Səhiyyə Təşkilatı və “COVAX” platformasına plan təqdim etmişik. Hazırda intensiv danışıqlar aparılır”.

Qeyd edək ki, qonşu ölkə COVID-19-a qarşı vaksini əhalinin 20%-i üçün alacaq. Peyvəndləmə dövlət hesabına aparılacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA