AMEA-dan su problemi ilə bağlı KTN-ə mesaj verildi
08-01-2021 [16:22]
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov “Yengicə su anbarının reqional ekoloji durumunun nəzəri olaraq texniki əsaslandırılması” mövzusunda keçirilən onlayn iclasda iştirak edib.
İnstitutdan verilən məlumata görə, ölkə ərazisində su anbarlarının yaradılması ilə əlaqədar prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirdə uyğun nazirlik və müəssisələrin nümayəndələri iştitak edib.
İclasda çıxış edən coğrafiyaçı mütəxəssis qeyd edib ki, Yengicə su anbarını inşa edərkən bir neçə məsələni diqqət mərkəzində saxlamaq vacibdir. O deyib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərüfatının inkişafı üçün külli miqdarda su ehtiyatları tələb olunur.
Yengicə su anbarının Vəndam çayının davamı və Kür çayını su ilə təmin edən qollardan biri olan Göyçaya tökülən Qaraçay üzərində tikildiyini diqqətə çatdıran alim su anbarının tikilməsi ilə əlaqədar Göyçayda suyun azalmasının nəticə etibarı ilə Kürün suyun azalmasına səbəb olacağını bildirib.
M.İsmayılov Azərbaycanda Kür çayı boyunca uzanan əsas əkinçilik zonalarının suvarılmasında problemlərin yaranmaması, su çatışmazlığından çəkilən əziyyətlərin qarşıdakı illərdə də təkrarlanması üçün Kür çayında axımın, az da olsa, formalaşmasının olduqca vacib olduğunu söyləyib.
O bildirib ki, su anblarının yaradılması artıq suların ilin soyuq dövründə anbarlarda toplanması üçün zəruridir: "Lakin qarşıdakı 2-3 il ərzində su çatışmazlığını nəzərə alaraq Kənd Təsürrüfatı Nazirliyi sudan istifadə zamanı yeni suvarılan sahələrin istifadəyə verilməsini məhdudlaşdırmalı, mövcud sahələrin su ilə optimal təmin olunmasına üstünlük verilməlidir. Yengicə su anbarının tikildiyi ərazi Qanıx-Əyriçay vadisinə düşür ki, bu vadi yeraltı sularla olduqca zəngindir. Çalışmaq lazımdır ki, həmin yeraltı suları kənd təsərrfatı dövriyyəsinə qoşaraq suvarmada istifadə etmək olsun. Bu kimi məsələlər yeni su anbarlarının inşasında nəzərə alınmalıdır”.
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub