COVID-19-a yoluxan Ermənistan prezidentinin vəziyyəti ağırdır

img

08-01-2021 [14:35]


“Ermənistan prezidenti Armen Sarkisyan COVID-19-u ağır keçirir".

Bunu dövlət başçısının Mətbuat Xidməti açıqlayıb.

Qeyd olunub ki, A.Sarkisyan vəziyyəti stabilləşəndən sonra həkimlərin icazəsi ilə öz vəzifəsini icra etmək üçün Yerevana qayıdacaq/Report.

Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb. Cütlük hazırda Böyük Britaniyanın paytaxtı Londonda xəstəxanadadırlar. A.Sarkisyan Londona ayağından əməliyyat olunmaq üçün getmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA