Bələdiyyə aktları üzrə inzibati nəzarətin həyata keçirilməsi qaydası dəyişib - DETALLAR
07-01-2021 [17:29]
Ədliyyə Nazirliyinin Kollegiyası “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da dəyişiklik edib.
Dəyişikliyə əsasən, bələdiyyə aktları üzrə inzibati nəzarətin həyata keçirilməsi qaydası dəyişib.
Beləliklə, artıq bələdiyyə aktlarının bir surəti qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq Ədliyyə Nazirliyinə mütləq təqdim olunmalıdır. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı bələdiyyələrin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməmiş normativ xarakterli aktlarının tətbiqi ilə bağlı məlumat Əliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi (Mərkəz) və ya regional ədliyyə idarələri (İdarə) tərəfindən əldə edildikdə bu barədə Ədliyyə Nazirliyinin Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə (Baş İdarə) məlumat verilir. Məlumat Baş İdarə tərəfindən əldə edildikdə Baş İdarə bu aktların Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə Mərkəz və ya İdarəni məlumatlandırmaqla bələdiyyəyə müraciət edəcək. Bu müraciət on iş günü müddətində yerinə yetirilmədikdə, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Baş İdarə tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc ediləcək və bələdiyyənin qərarlarının etibarsız sayılması barədə məhkəməyə müraciət etmək üçün Mərkəz və ya İdarəyə məlumat veriləcək. Bələdiyyə aktları Bakı şəhəri üzrə Mərkəzə, regionlar üzrə isə İdarəyə təqdim ediləcək. İnzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunda nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını təmin edəcək. Mərkəz və ya İdarə tərəfindən icraat aşağıdakı qaydada aparılacaq:
- bələdiyyə aktı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olduqda, aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində onu qəbul etmiş bələdiyyəyə müraciət göndəriləcək. Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər, həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə (bələdiyyə aktının (aktlarının) surəti əlavə edilməklə) məlumat təqdim olunmasının zəruriliyi ilə bağlı məsələlər göstərilməlidir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat veriləcək;
- göstərilən ziddiyyət müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda Mərkəz və ya İdarə tərəfindən müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 iş günü ərzində iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndəriləcək və bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılacaq;
- bələdiyyə aktının normativ hüquqi aktlara zidd olduğu müəyyən edilmədikdə və yaxud müəyyən edilmiş ziddiyyət Mərkəzin və ya İdarənin müraciəti əsasında bələdiyyə tərəfindən aradan qaldırıldıqda, bu barədə arayış tərtib ediləcək və Mərkəz və ya İdarə rəhbərliyinin razılığı ilə sənədlər işə tikiləcək;
Bələdiyyə aktında mübahisə doğuran məsələlərin araşdırılması üçün əlavə sənədlərin və ya məlumatların təqdim olunması barədə bələdiyyəyə şifahi və yaxud yazılı müraciət olunacaq. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində Mərkəzə və ya İdarəyə təqdim etməlidir. İnzibati nəzarət icraatının həyata keçirilməsi zamanı inzibati nəzarəti həyata keçirən orqan dövlət orqanlarına (qurumlarına) sorğular verə və məlumatlar ala bilər. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv öyrənilməsi üçün yerində araşdırma aparmaq və bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından və digər aidiyyəti şəxslərdən bununla bağlı yazılı şəkildə məlumatlar, arayışlar almaq hüququna malikdir. Yerində araşdırmalar aparılması üçün bu barədə əsaslandırılmış arayış hazırlanır və Mərkəzin və ya İdarənin rəhbərliyinə məruzə ediləcək. Yerində araşdırmalar müvafiq qanunvericiliyə uyğun həyata keçiriləcək və onların aparılmasına bələdiyyələr tərəfindən maneələr törədilməsi yolverilməzdir. Aparılmış araşdırmaların nəticələri barədə arayış tərtib ediləcək. Bələdiyyələr qəbul edilmiş aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günü ərzində təqdim etmədikdə, həmçinin araşdırmaların aparılmasına maneçilik törədildikdə Mərkəz və ya İdarə tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndəriləcək. Bələdiyyə aktlarında və ya bələdiyyənin və ya onun vəzifəli şəxslərinin fəaliyyətində cinayət əlamətlərini aşkar etdikdə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq tədbirlər görülməsi üçün səlahiyyətli dövlət orqanına müraciət edəcək. Göstərilən hallar İdarə tərəfindən müəyyən edildikdə toplanmış materiallar Mərkəzə təqdim ediləcək.
Qeyd edək ki, bundan əvvəl bələdiyyə aktlarının bir surəti qəbul edildiyi andan 15 gündən gec olmayaraq Ədliyyə Nazirliyinə mütləq təqdim olunmalı idi. Bələdiyyələr qəbul edilmiş aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gün müddətində təqdim etmədikdə Mərkəz və ya İdarə tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilməli idi/APA.
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub