Britaniyalı nazir Trampı ittiham etdi: "İnsanlar ölüb, atışma olub, bu, dəhşətlidir"

img

07-01-2021 [15:11]


“ABŞ Prezidenti Donald Trampın ölkə vətəndaşlarına videomüraciətində yenidən ötən ilin noyabr ayında keçirilmiş prezident seçkisində “səslərin oğurlandığını” təkrarlaması Vaşinqtonda iğtişaşlara səbəb olub”.

Bunu Böyük Britaniyanın daxili işlər naziri Priti Patel deyib.

“Şiddətə son qoyulmalıdır və o, baş verənləri tam şəkildə qınamalıdır. Bu məsələdə başqa fikir ola bilməz. İnsanlar ölüb, atışma olub, bu, dəhşətlidir. Buna heç bir bəhanə yoxdur”, - nazir “Sky News”a müsahibəsində bildirib.

Eyni zamanda, P.Patel ABŞ prezidentinin Konqres binası yaxınlığındakı iğtişaşların qısa zamanda başa çatmasına töhfə vermədiyini vurğulayıb.

“Dünən o, bəyanatla çıxış etdi, lakin bu, gərginliyin azalmasına gətirib çıxarmadı. Təxribat xarakterli açıqlamalara yol verilməməlidir”, - nazir qeyd edib.

Qeyd edək ki, bundan əvvəl də Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ-da baş verənləri şiddətlə qınayaraq Konqres binasına soxulan Tramp tərəfdarlarının hərəkətlərini utancverici adlandırmışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA