İran rəsmisi: "Uranı 60 faizədək zənginləşdirə bilərik"

img

06-01-2021 [15:59]


"İranın uranı 40-60 faizədək zənginləşdirməyə imkanı var".

Bunu İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvənd bildirib.

Onun sözlərinə görə, İran son 6 ildə ilk dəfə uranı 20 faizədək zənginləşdirib: “Hazırda bizim 3,5-4 faiz zənginləşdirilmiş 4 ton maddəmiz var. Proqnozumuza əsasən, biz ayda 500 ton uran zənginləşdirə bilərik”.

O əlavə edib ki, nüvə razılaşmasındakı həddi əldə etmək üçün İrana bir il lazımdır.

İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi isə deyib ki, İran hər il 9 kq 20 faiz zənginləşdirilmiş uran istehsal edəcək.

Xatırladaq ki, dekabrın 4-də İran 20 faiz zənginləşdirilmiş uran istehsal edib.

ABŞ bildirib ki, Tehran hakimiyyəti beynəlxalq ictimaiyyəti şantaj edir. Rəsmi Vaşinqton yanvarın 5-də İrana qarşı sanksiyaları genişləndirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA