Azərbaycanın hasilat öhdəlikləri fevral-mart aylarında dəyişməyəcək - “OPEC plus” ölkələri razılaşdı
05-01-2021 [21:53]
“OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edlib.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edəcək:
"Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq".
Qeyd edək ki, “OPEC plus” ölkələri arasında bu anlaşmanın əldə edilməsində, neft bazarında sabitliyin bərqərar olması məqsədilə dialoqun davam etdirilməsində və tərəflərin razılığa gəlməsində Azərbaycanın bu töhfəsi iclas zamanı yüksək qiymətləndirilib.
İclasda çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov pandemiyadan irəli gələn qeyri-müəyyənliklərin neft bazarına təzyiqinin davam etdiyini və tələbatın gözlənildiyindən zəif bərpa olunduğunu əsas gətirərək bildirib ki, tənzimləmə prosesinə həssas yanaşma zəruridir: “Bizim üçün əsas məqsəd bazarda tələb-təklif balansının təmin olunması və onun qorunub saxlanılmasıdır. Ona görə də hesab edirəm ki, hasilatın kəskin azaldılmasından artırılmasına keçid tədricən və ehtiyatlı olmalıdır”.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı.
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub