Bakı Baş Gömrük İdarəsindəki 55 günlük sirr: sahibkar malının anbarda əsassız saxlanılmasından şikayətlənir
05-01-2021 [20:59]
Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev 1061, mənzil 48-də yaşayan sahibkar Elşad Həsənov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Baş nazir Əli Əsədova gömrük orqanlarında üzləşdiyi problemlərlə bağlı müraciət edib.
Xatırladaq ki, müraciət 16 dekabr 2020-ci ildə, yəni təxminən 20 gün əvvəl edilib.
Sahibkarın Mia.az-a daxil olan müraciətinin surətində rəsmi qurumlardan, o cümlədən ekspertiza mərkəzlərindən verilən çoxsaylı rəsmi məktubları da əlavə edərək, gömrükçülərin onun qanunu hüquqlarını pozduğunu iddia edir:
"Hörmətli cənab Prezident,
Mən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Cari ilin oktyabrında Almaniyanın “Anona GmbH (for Konzept Nutrition GmbH) şirkətinin istehsal etdiyi və idmançıların istifadəsi üçün nəzərdə tutulmuş məhsulları – bioloji fəallığa malik aktiv qida əlavələrini (BFMQƏ) ölkəyə idxal etmişəm. Mallar "Guarana 1.800 shots" və "Maqnezium+B6 shots" adlı iki addan ibarət yükdür və cəmi 4 min avro dəyərindədir. İdxal etdiyim mallar BFMQƏ olduğu üçün qanunvericiliyə uyğun olaraq yalnız Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi malların dərman vasitəsi olub-olmamasını müəyyənləşdirmək üçün ekspertiza həyata keçirmişdir və verdikləri rəyə əsasən idxal etdiyim malların BFMQƏ olduğu təsdiq edilmiş və Mərkəz rəyin bir nüsxəsini Dövlət Gömrük Komitəsinə, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə göndərmişdir.
Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) da BFMQƏ hesab etdikəri malların idxalına icazə vermişdir. Bütün bu addımlar qanunvericiliyin müddəalarına tam uyğun olmuşdur. Lakin bu günə qədər malların gömrük rəsmiləşdirilməsini həyata keçirmək mümkün olmamışdır. Artıq 55 gündür ki, heç bir hüquqi əsas olmadan mallar Bakı Baş Gömrük İdarəsinin anbarında saxlanılmışdır.
Bakı Baş Gömrük İdarəsi Sizin fərmanınızla yaradılmış iki dövlət qurumunun verdikləri rəylərə məhəl qoymayaraq, bu rəyləri nəzərə almayaraq, birtərəfli qaydada Analitik Ekspertiza Mərkəzinin sənədlərini təqdim etmədən maldan iki nümunəni yenidən AQTA İnstitutuna göndərir və xahiş edir ki, malların energetik içki olub-olmaması barədə rəy versin. Malların qutuları üzərində, eləcə də mənşə sertifikatında istehsalçı tərəfdən BFMQƏ olduğu qeyd edilsə də, Analitik Ekspertiza Mərkəzi və AQTA malların BFMQƏ olmasını təsdiqləsə də, Bakı Baş Gömrük İdarəsi aşağıda qeyd edilən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanununun 14-1 maddəsinə görə Bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə yalnız həkim tərəfindən tövsiyə oluna bilər, amma dərman vasitələrini əvəz etmir. 14-1.2 maddəsinə görə BFMQƏ müvafiq icra hakimiyyəti orqanı (Səhiyyə Nazirliyinin “Analitik ekspertiza Mərkəzi”) tərəfindən ekspertizadan keçirilir. Bu qanun əsasında Nazirlər Kabineti 10.07.2018 tarixli 287 nömrəli “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi qaydası”nı qəbul etmişdir. Həmin Qaydanın 1.2-ci maddəsinə görə də BFMQƏ-nin ekspertizasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. İndi hüquqi sual budur ki, Səhiyyə Nazirliyinin rəyi ola-ola, malların üstündə idman qida əlavəsi sözləri yazıldığı halda, AQTA-nın verdiyi sertifikatlarda BFMQƏ ifadəsi ola-ola, malın HS kodu məlum olduğa halda, nəyə görə Bakı Baş Gömrük İdarəsi BFMQƏ hesab olunan malların ekspertizasını Analitik Ekspertiza Mərkəzində yox, AQTA institutunda aparmağa cəhd etmişdir?
Bakı Baş Gömrük İdarəsi bu qanunazidd əməlini Mərkəzi Gömrük Ekspertizası vasitəsilə etmişdir. Hesab edirəm ki, bu cür hərəkətlər sahəvi dövlət qurumlarının işinə etimadsızlıqdır və həmin qurumların fəaliyyətinə kölgə salmaq olmuşdur. Bunun başqa adı yoxdur.
Belə olan halda yaratdığınız Analitik Ekspertiza Mərkəzinin fəaliyyəti nəyə lazımdır? Nəyə görə mən sahibkar olaraq, 500 AZN-dən çox vəsait ödəyərək, Analitik Ekspertiza Mərkəzindən boş yerə rəy əldə etməliyəm?
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları, xüsusən də Vüqar Əliyev yanlış olaraq Gömrük məcəlləsnin 322-ci maddəsinə istinad edir və qanunazidd əməlinə haqq qazandırır. Belə ki, həmin Məcəllənin 322.1.5-ci maddəsində deyilir ki, gömrük ekspertizasının məqsədi malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsindən ibarətdir. Təqdim etdiyimiz istehsalçı sənədlərində, eləcə də Səhiyyənin Eskpertiza İdarəsinin rəyində malların kimyəvi və mineroloji tərkibi müəyyən edildiyi halda, bu tərkibi gömrük orqanları nəyə görə yenidən müəyyən etməyə cəhd etmişdir?
Qeyd edilən Məcəllənin Maddəsində də “yenidən və ya təkrar müəyyən etmək” ifadəsi yoxdur. Deməli, sözügedən maddənin mənasına görə, əgər malların kimyəvi və mineraloji tərkibi müəyyən edilməyibsə, yəni tərkib barədə istehsalçı şirkətin sənədləri və müvafiq icra hakimiyyəti orqanlarının rəyləri təqdim edilməyibsə və yaxud təqdim edilmiş sənədlərdə uyğunsuzluq olarsa, o zaman gömrük orqanları idxal edilmiş malların kimyəvi və mineraloji tərkibini müəyyən edə bilərlər. Həm də malların HS kodu da sənədlərdə öz əksini tapmışdır. Bu baxımdan mənim mallarımla bağlı təkrar rəyin əldə edilməsi üçün heç bir hüquqi əsas olmamışdır. Gömrük orqanlarının belə bir münasibəti bu ağır pandemiya və sərt karantin rejimi dövründə biz sahibkarlara dəymiş maddi ziyanı ikiqat artırmışdır.Mən artıq 55 gündür ki, yollarda qalmışam. Xahiş edirəm baş vermiş qanunsuzluğun aradan qaldırılması və malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə köməklik göstərəsiniz".
İddialara qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
Mia.az
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub