Pekindən ABŞ-a müraciət:"Təcili olaraq İrana qarşı sanksiyaları aradan qaldırın"

img

05-01-2021 [12:37]


ABŞ təcili olaraq İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planına qayıtmalı və İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır.

“RİA Novosti” xəbər verir ki, bunu dekabrın 5-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin bildirib.

Onun sözlərinə görə, İranın nüvə problemi ətrafında çox mürəkkəb və həssas şərait yaranıb/Report.

Qeyd edək ki, İran dekabrın 4-də uranı 20 faizədək zənginləşdirib. 2015-ci ildə əldə edilən razılaşmaya əsasən, İrana uranı 3,67 faizədək zənginləşdirməyə icazə verilir. 2020-ci ildə Tehran hakimiyyəti bundan imtina edərək uranın zənginləşdirilməsini 4 faizədək qaldırmışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA