Somalidə Türkiyə şirkətinə hücum oldu: 4 nəfər ölüb, 4 yaralı var

img

02-01-2021 [15:55]


Somalidə Türkiyə şirkətinə edilən terror hücumu nəticəsində biri türk olmaqla 4 nəfər ölüb. Türkiyənin daha 4 vətəndaşı yaralanıb.

“TRTHaber” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, terror hücumu Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan Türkiyə şirkətinə qarşı törədilib:

“Türkiyə şirkətində işləyənləri hədəfə alan bu mənfur hücumu kəskin şəkildə qınayırıq. Yaralananlara şəfa diləyirik. Dost və qardaş Somali hökuməti ilə xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA