“YENİ İLİNİZ MÜBARƏK” DEMƏK BU İL DAHA VACİBDİR! - Fəlsəfə doktoru yazır
31-12-2020 [19:02]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent e-mail: [email protected]
***
Cəmiyyətdə yaradılan müxtəlif rəylər bəzən cəmiyyətin özündə də çaşqınlıq və yanlışlıq yaradır. Bu il də belə rəylər meydana çıxdı. Artıq iddia olunmağa başlandı ki, bu il yeni ili qeyd etmək doğru deyil. Çünki şəhidlərimiz var.
Ancaq bunu deyənlər və iddia edənlər unudurlar ki, müharibə qurbansız olmur və şəhidsiz torpaq vətən olmur. Şəhid mövzusu çox böyük mövzudur. Şəhid yeni ilə sığmayacaq qədər böyük anlayışdır. Ancaq düşünmək lazımdır ki, məgər yeni ili qeyd etdiyimiz əvvəlki illərdə şəhidlər olmurdumu? Unutmaq lazım deyil ki, elə I Qarabağ savaşında 20 min şəhid vermişik. Ancaq yeni ili hər il qeyd etmişik. Bundan əlavə atəşkəs dövründə 1994-cü ildən 2020-ci ilə qədər az qala hər gün pozulan atəşkəs nəticəsində saysız-hesabsız şəhidlərimiz olub. Elə Şəhidlər xiyabanını gəzərkən artan şəhid məzarlarının cərgələrini müşahidə etmək yetərli ola bilər. Ancaq bu illərdə yeni ilin keçirilməməsi haqqında bəzi hürufatçılar xaric heç kim etiraz etməyib. Bəs necə olub ki, bu kimi iddia meydana gəlib? Bu təbii şəkildə, yoxsa hansısa gizli mənafelərin sayəsində rəy olaraq aşkara çıxıb? Bizə belə gəlir ki, burada hər iki faktor rol oynayıb. Onu da unutmaq lazım deyil ki, biz hər il yeni ili qeyd edərkən o ili də məğlub xalq olaraq qeyd etmişik. Bunun ağır yükünü çiynimizdə və könlümüzdə hər zaman hiss etmişik. Buna görə də hər il yeni il diləklərimizdə söyləmişik ki, “İnşəllah üzümüzə gələn ili Qarabağımızda qeyd edərik, Şuşada Azərbaycan bayrağının altında “Qarabağ şikəstəsi” oxuyarıq. Bu diləklər 30 ilə yaxın müddətdə bir az da populist çıxıb. Hətta deyərdim ki, bir qədər də süni görünüb. Ancaq bu arzular gözlənilməz şəkildə bu il reallaşıb. Qarabağımız qəhrəman əsgərlərimiz və zabitlərimiz, şəhid və qazilərimiz sayəsində işğaldan demək olar ki, azad olunub. Demək bu il bizim zəfər ilimizdir.
Ümid edək ki, üzümüzə gələn il də zəfərimizin tamamlanacağı ildir. Axı bizim Vətən davamız hələ bitməyib. Ancaq biz özümüzü elə aparırıq ki, bayram keçirməməklə qələbə sevincimizi içimizdə həbs edirik. Əlbəttə, qələbə yekunlaşmayıb. Ancaq inanınırıq ki, Uca Allahın və onun vəsilə etdiyi can Türkiyəmizin, eyni zamanda igid oğullarımızın cəsarət və şücaəti nəticəsində tam olaraq işğaldan azad olunmağa çox yaxındır. Bu il bizim zəfər ilimizdir, erməni qəbiləsinin isə matəm ilidir. Bu il biz qalibik və qələbəmizi ilimizin dəyişməsiylə də qeyd etmək ən böyük haqqımızdır. Necə olur ki, məğlub olduğun halda yeni ili qeyd etmək, bir-birinə mübarəkabadlıq etmək təbii olur, qalib olduğun halda isə yasaq sayılır?
Unutmaq lazım deyil ki, 31 dekabr həm də Dünya azərbaycanlılarının həmrəylik ilidir. Həm də sözün həqiqi mənasında əsl həmrəylik ili, ilk həmrəylik ilidir. Çünki daha əvvəlki illərdə bu bayram olaraq zəif şəkildə qeyd olunurdu. Ona görə ki, dünya azərbaycanlıları heç vaxt indiki qədər həmrəy ola bilməmişdi. Təsəvvür edin ki, bu il 44 günlük müharibə dövründə dünya azərbaycanlıları maddi-lojistik və mənəvi-psixoloji baxımından bir-biri ilə sözün həqiqi mənasında birlik oldular, həmrəylik nümayiş etdirdilər, erməniliyi və erməni siyasi mifizmi olan erməni lobbisinin məğlubedilməzliyini darmadağın edib dünyanın bütün aparıcı dövlətlərinə Azərbaycan və Türkiyə qardaşlığının bütün dünyada həmrəyliyini nümayiş etdirdilər.
Bizim bəyan etdiyimiz kimi yeni ili qeyd etmək və yeni il diləkləri nümayiş etdirmək nəinki qəbahət deyil, hətta vəzifə və fəxarətdir. Ancaq yeni il ədəbini heç zaman unutmamalıyıq. Bu əvvəlki illərdə də tələb olunurdusa, bu il ikiqat tələb olunur. Bu bizim mədəniyyətimizə o qədər də aid olmayan müxtəlif ritualların keçirilməməsi ilə bağlıdır. Bu il yolka bəzəməmək, barıt və fişəng nümayiş etdirməmək məqsədə uyğundur. Şəhidlərimiz xatirinə bu bizim boynumuza düşən borcdur. Bunun əvəzinə milli-vətənpərvər tədbirlər silsiləsi keçirmək daha doğru olar. Yeni il diləklərimizə şəhid istəklilərinə səbir diləmək, qazi istəklilərinə gözaydınlığı verməklə davam edə bilərik. Uca Allah şəhidlərimizin şəhadətini qəbul etsin, məqamlarını uca etsin, Vətən müharibəsində yaralananlara şəfa nəsib etsin, qazilərimizi qorusun. Onlar bizim baş tacımızdır. Yalnız yeni ildə deyil hər zaman diləklərimizdə yerləri vardır. Bu ilin yeni il tədbirlərində onlara Vətən nəğməli türkülər söylənməsi və nümayiş olunması vacibdir. Xudayar kimi türkü oxuyan şəhidlərimizin də ifalarına yer ayırıb yeni ili Vətən coşqusu ilə keçirmək çox gərəklidir.
2020-ci il həm də yalnız bizdə deyil, bütün dünyada pandemiya ilə müşaiət olundu. Xeyli itkilər verdik. Başqa itkilərimiz də çox oldu. Lakin bu bizim yeni il arzularımızın qarşısını kəsməməli, yeni ilə daha ümidli və nikbin səviyyədə çıxmağı bacarmalıyıq.
Sözün iki başı olur: mənfi və müsbət, düz və tərsi. Əgər bir anlayışa etiraz olunursa, demək onun tərsi meydana çıxır. Bu baxımdan yeni ilin keçirilməməsi və “yeni iliniz mübarəkdir” deyilməməsi tələb olunursa, o zaman bu şəkildə tərs anlayış meydana gəlir ki, yeni iliniz mübarək olmasın. “Mübarək” sözü bərəkətli olmaq anlamında işlənir. Aydındır ki, mübarək demək Uca Allahdan bərəkət diləməkdir. Elə bu səbəbdən də yeni ili qeyd etmək və yeni il diləkləri ilə çıxış etmək çox əhəmiyyətli davranış tərzidir. Ümumiyyətlə bəzi hürufatçılar elə əvvəlki illərdə də bu yeni ilin bizim olmadığını və onu keçirməyin yanlışlığını iddia etmişlər. Ancaq unutmaq lazım deyil ki, biz ilimizi milad tarixi ilə keçiririk. Buna görə də yeni ilə keçirik. Keçdiyimiz yeni ildə də diləklərimizi və arzularımızı qeyd etmək çox məntiqlidir. Əgər təqvim etibarilə hicri təqvim ilə getməli olarsaq, o zaman onun da qeyd edilməsi çox məntiqli olardı. Bundan əlavə iddia olunur ki, yeni il İsa əleyhissəlamın mövludu ilə bağlıdır. Əgər bu belədirsə, İsa peyğəmbərin mövludunu keçirmək də nöqsan deyil. Çünki İsa peyğəmbər də digər peyğəmbərlər kimi İslamda ən üstün məqama malik olan, kitab gələn peyğəmbər olaraq qəbul olunur. Bir sözlə əgər yeni il İsa peyğəmbərin mövludu ilə bağlıdırsa, onu qeyd etməkdə heç bir nöqsan yoxdur. Əgər mövludu ilə bağlı deyilsə, yeni təqvim ilidir, yenə də qeyd olunmasında qüsur axtarmaq mənasızdır.
Son olaraq qeyd edək ki, qarşıdan gələn yeni ili qeyd etmək, topluma, millətə və ailəyə gözəl diləklərlə üz tutmaq mübahdır. Əsas odur ki, bu ifrat səviyyədə əxlaq çərçivəsindən kənara çıxmasın. Bu da onsuz da yalnız yeni ildə deyil, hər zaman qüvvədə olan ehkamdır. Vətənimizin və millətimizin gözü aydın olsun, şəhidlərimizin şəhadəti mübarək, qazilərimizin diləkləri gerçək olsun. Bütün sevənlərimizə Uca Allah can sağlığı, uğur və xoşbəxtlik nəsib etsin, Yeni iliniz mübarək olsun İnşəllah.Amin!
Mia.az
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub