Rəsmi Ankara: "Bizə heç nə edə bilməyəcəklərini, təkcə Avropa İttifaqına deyil, hər kəsə göstərdik”

img

30-12-2020 [12:53]


“Aralıq dənizinin şərqində bizə heç nə edə bilməyəcəklərini hər kəsə göstərdik. Nə edə biləcəyimizi dost da, düşmən də gördü”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2020-ci ilin yekunlarından danışarkən bildirib.

“Qanuni maraqlarımız üçün atdığımız addımın heç də hamını mənun etmədiyini gördük. Ancaq bizim qarşımızda duran əsas hədəf millətimizin maraqlarını qorumaqdır. Aralıq dənizinin şərqidə bunlardan biridir. Bizə heç nə edə bilməyəcəklərini, təkcə Avropa İttifaqına deyil, hər kəsə göstərdik”, - nazir bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA