Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadıldı

img

29-12-2020 [18:29]


Gürcüstan hökumətinin pandemiya dövründə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti 6 ay müddətinə uzadılıb.

Mia.az Repoort-a istinadla xəbər verir ki, Gürcüstan parlamenti “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri yekdilliklə dəstəkləyib.

Düzəlişlərə əsasən, hökumət 2021-ci ilin iyulun 1-dək məhdudlaşdırıcı tədbirləri həyata keçirmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, cari ilin iyulunda hökumətə bu səlahiyyət 2021-ci ilin yanvarın 1-dək verilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA