Gürcüstan vətəndaşlarının Şengen zonasına səfəri ilə bağlı yeni qaydalar tətbiq olunacaq

img

29-12-2020 [10:44]


Gələn ilin yanvarın 1-dən Gürcüstan vətəndaşlarının Şengen zonasına səfəri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qaydalara əsasən, Avropa İttifaqı ölkələrinə vizasız səfər üçün tələb olunan sənədlər Gürcüstanın sərhəd-keçid məntəqələrində əlavə olaraq yoxlanılacaq.

Gürcüstan vətəndaşının qanunla tələb olunan sənədləri təqdim etmədiyi halda onun ölkə sərhədini keçərək Şengen zonasına yola düşməsinə icazə verilməyəcək.

Qeyd edək ki, 2017-ci ilin martından Gürcüstan vətəndaşları Şengen zonasına turizm, işgüzar və qonaq olmaq məqsədilə vizasız qısamüddətli səfər edə (180 gün ərzində 90 gün) bilirlər. Səfərlərlə bağlı yeni sərt qaydalar Aİ ölkələrində sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayının artması səbəbindən hazırlanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA