Aİ-nin daimi nümayəndələri “Brexit” üzrə yeni sazişi təsdiqlədi

img

28-12-2020 [17:59]


Avropa İttifaqının (Aİ) Daimi Nümayəndələr Komitəsi bu gün Böyük Britaniya ilə ticarət sazişinin gələn il yanvarın 1-dən etibarən reallaşdırılmasını təsdiqləyib.

Bu barədə komitənin rəsmi nümayəndəsi Sebastyan Fişer bildirib.

“Daimi dümayəndələr yekdilliklə 1 yanvar 2021-ci il tarixdən Britaniya ilə Ticarət və Əməkdaşlıq Sazişinin müvəqqəti tətbiqini təsdiqləyiblər”, - Fişer “Twitter”də yazıb.

O əlavə edib ki, bu qərarın rəsmi təsdiqinin sabah - bütün Aİ dövlətlərindən yazılı təsdiq aldıqdan sonra olacağı gözlənilir.

Xatırladaq ki, dekabrın 24-də Britaniya və Avropa Komissiyasının nümayəndələri aylardır davam edən çətin danışıqlardan sonra gələcək əməkdaşlıq, o cümlədən ticarət əlaqələri barədə razılığa gəliblər. Saziş Aİ ölkələrinin razılığını və Avropa Parlamentinin, habelə Britaniya parlamentinin təsdiqini tələb edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA