Paşinyan Ermənistanın Qırğız Respublikasındakı səfirinə yüksək vəzifə verib

img

28-12-2020 [17:47]


Qaqik Qalaçyan Ermənistan xarici işlər nazirinin müavini təyin olunub.

 “Novosti Armeniya” xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, Q.Qalçyan 1969-cu il martın 4-də Ukraynanın Lvov şəhərində anadan olub. Leninqrad Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Ermənistanın Yunanıstan, yunan Kipri, Serbiya, Albaniyadakı səfiri işləyib. Ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri tutub.

Onun sonuncu iş yeri Ermənistanın Qırğız Respublikasındakı səfiri vəzifəsi olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA