Rəqsanə: "Kişisi də, qadını da var"

img

04-12-2013 [14:03]


Müğənni Rəqsanə İsmayılova yeni açıqlamalar verib.

Hazırda İstanbulda yaşayan ifaçı türkiyəli heyətlə nəzərdə tutulan layihələrini həyata keçirir. Bundan əlavə Rəqsanə söz və musiqisi özünə məxsus olan 5 mahnı hazırlayıb, oxuması üçün yerli sənətçilərimizə təqdim edəcək. Həmin mahnılar Türkiyədə aranjeman olunub.

"5 müğənninin kimliyini müəyyən etmişəm. Səslərinə dəyər verdiyim həmkarlarım oxuyacaq. Kişisi də var, qadını da. Bu mahnıları onlara hədiyyə olunacaq. Hələlik adlarını bəlli etmək istəmirəm. Gələn həftənin sonları Bakıya gələcəm. Mahnıları həmin ərəfədə təqdim edəcəm” – deyən Rəqsanə xanım sənəti ilə bağlı bir sıra yeniliklərin olacağını söylədi. Eyni zamanda o, burada bir sıra "Yeni il" çəkilişlərində iştirak edəcək.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR