ABŞ-da partlayış olub, 23 nəfər yaralanıb

img

24-12-2020 [10:06]


ABŞ-ın Merilend ştatının Baltimor şəhərində çoxmərtəbəli ofis binasında baş verən partlayış zamanı 23 nəfər xəsarət alıb.

Bu barədə şəhərin yanğınsöndürmə xidməti sosial şəbəkədəki hesabında xəbər verib.

"Partlayış yerində ümumilikdə 23 zərərçəkmiş xilas edilib. 21 zərərçəkmiş yerli xəstəxanalara çatdırılıb, 2 nəfər (xəstəxanaya yerləşdirilməkdən-red) imtina edib", - xidmətin tvitterdəki xəbərində deyilir.

Qeyd edilir ki, partlayışın başvermə səbəbinin müəyyənləşdirilməsi işi davam edir.

Daha əvvəl bildirilirdi ki, Baltimorda çoxmərtəbəli ofis binasında partlayış və damın qismən dağılması nəticəsində on nəfər xəstəxanaya yerləşdirilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA