Fransa, Almaniya və İsveç diplomatları Rusiya XİN-ə çağırılıblar

img

22-12-2020 [13:08]


Fransa, İsveç və Almaniyanın Rusiyadakı səfirliklərinin diplomatları bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

"RİA Novosti"nin verdiyi xəbərə görə, Fransanın Rusiyadakı səfiri Pierre Levi, İsveç səfirliyinin nümayəndəsi və Almaniya səfirinin müavini Beate Qjeski Rusiya XİN-ə dəvət olunublar.

Bildirilib ki, diplomatlar Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar və Rusiyanın müxalifət liderlərindən olan Aleksandr Navalnının zəhərlənməsi məsələsi ilə əlaqədar çağırılıblar/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA