Milli Məclisdə benzinin bahalaşmasına etiraz

img

03-12-2013 [12:23]


Milli Məclisin bugünkü iclasında deputatlar Tarif Şurasının yanacaq məhsularının qiymətini artırmasına öz narazılıqlarının bildiriblər. Modern.az xəbər verir ki, çıxış edən deputat İqbal Ağazadə bu qərarı kəskin tənqdi edib: "Buna nə əsas var idi? Tarif Şurası bu qərarı izah etməli idi. Sabah ərzaq məhsularının qiyməti qalxacaq. Yanvarda qiymətlər 30 faiz qalxacaqsa, sentyabrdan 90 faiz qalxacaq”.

Deputat bildirib ki, bu artım daxili qiymətlərə təsir edəcək. "Hökumətdən qəti şəkildə tələb edirəm bu qiymət artımına yenidən baxsın”.

Parlamentdə sürücülərə benzin almaq üçün talon verilməsi ilə bağlı təklif də irəli sürülüb.Lent.az-ın məlumatına görə, bu təkliflə deputat Fərəc Quliyev çıxış edib. O deyib ki, sürücülərə benzini əvvəlki qiymətə almaq üçün müəyyən həcmdə limit müəyyənləşdirən talon vermək mümkündür. "Bu limiti keçən sürücülər isə benzini indiki kimi baha qiymətə alsın”.

Deputatın sözlərinə görə, bu təcrübə dünyanın bir çox ölkələrində var və təklifi daha da təkmilləşdirərək, Azərbaycanda da tətbiq etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA