Prokuror Qurban Məmmədova 3 il həbs cəzası istədi

img

28-11-2013 [14:48]


Noyabrın 28-də Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə proses davam etdirilib.

"Azadliq” qəzetinin məlumatına görə, prosesdə Qurban Məmmədov və vəkili Süleyman Qasımov vəsatətlə çıxış edərək məhkəmə istintaqının təzələnməsini istəyiblər. Vəsatətlər təmin olunmayıb və məhkəmə istintaqının bitdiyinə dair əvvəlki qərar qüvvədə saxlanıb.

Bundan sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Qurban Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəyib.

Məhkəmə Qurban Məmmədovun vəkilinin çıxışı üçün fasilə götürüb. Növbəti proses dekabrın 3-nə təyin olunub.

Qurban Məmmədov iyunun 4-də yol hərəkəti qaydalarını pozma ittihamı ilə tutulub, sonradan ona ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı da verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA