MÜHARİBƏNİN GÖRÜNMƏYƏN QƏHRƏMANLARI - Polkovnik yazır
18-12-2020 [19:16]
İbrahim RÜSTƏMLİ,
əməkdar jurnalist
***
(Hərbi həkimlərimizə ithaf olunur)
***
Mən əslində Allahın ağxalatlı elçilərinə – hərbi həkimlərimizə həyatda qalmasının tək səbəbi kimi baxan və ölənədək onların “əl izini” ömrünün ən mükəmməl, ən maraqlı tablosu kimi öz canında daşıyan adamlardan danışıram.
Bu adamlar o tabloların son mənzilədək uzanan mənasını sonralar bəzən heç vaxt yada düşməyən, ya da gözə görünməyən müəlliflərinin izni, imzası və xeyir-duası ilə yaşayır. Amma yada düşsə də, düşməsə də, gözə görünsə də, görünməsə də, bu bəyaz libaslı “rəssamların ” hər biri yaşam səbəbinə çevrildiyi insanlardan ötrü yeni bir rəngli həyatın, yeni bir rəngli dünyanın başlanğıc nöqtəsinə çevrilir. Axı öz səngərində düşmənlə üz-üzə, göz-gözə döyüşən və yaralanan hər bir əsgər sonradan hərbi həkimlərimizin səngərində növbəti bir savaşa atılır, onlarla çiyin-çiyinə verib yeni bir düşmənlə – ölümlə döyüşür…
Mən bir dəfə həkimin xərəkdə asta-asta huşunu itirən yaralı əsgəri necə qeyri-adi doğmalıqla sillələdiyini öz gözlərimlə görmüşdüm və onun uzun müddət qulaqlarımdan çəkilməyən həyacanlı səsini eşidəndə özümü əsl döyüş meydanında hiss etmişdim…
Havanı qılınc kimi kəsib doğrayan, səmanın boz-bulanıq simasına atdığı qanlı çapıqları ilə qorxunc bir melodiya yaradan drijor çubuğu! Və bu melodiyanın hər bir hecasını o vaxtadək heç kimin görmədiyi, eşitmədiyi bir tərzdə tarixin not dəftərinə köçürən ansanbl! Fərqli silahların fərqli harmoniyası! Mərmilərin sərt və kobud vurğusu! Güllələrin gözə görünməyən xaotik və iddialı rəqsi! Yaralıların qeybdən gələn major səsi! Və dərhal öz “silah-sursatı” ilə bu ansanblın sıralarına qatılan, yaralıların asta-asta öləziyən hüznlü səsini batmağa qoymayan hərbi həkimlərimizin ilahi nidası: “Ey dostum! Təslim olma! Yaşamaq istəyirsənsə gözlərini aç! Mənə güvən! Həyatını mənə etibar et!..”
O həkimin xərəkdə huşunu itirən yaralı əsgəri necə qeyri-adi bir doğmalıqla sillələdiyini görəndə və onun həyacanlı səsini eşidəndə başa düşdüm ki, burada hər şey əsl döyüş meydanında olduğu kimidi. Burada yaralı hərbçi ilə silahdaşı arasındakı dialoq da əslində iki sinədə döyünən bir ürəyin müəllifliyi – hərbi həkimlərimizin diqtəsi ilə yazılır!..
İki min yeddi yüz səksən üç!..
Mən öz sıralarımızda kiminsə bundan böyük rəqəm tanıdığına inanmıram! Mən içimizdən kiminsə ürək eləyib bu rəqəmə sadəcə statistik bir göstərici kimi baxmasını da təsəvvürümə gətirə bilmirəm!..
İki min yeddi yüz səksən üç!..
Çağdaş dünyamızdakı hər bir azərbaycanlının indiyədək üz-üzə gəldiyi, qarşılaşdığı ən böyük rəqəmdi bu! Həm böyük, həm də ağır! Mən əslində özünü bu ağır yükün altına atan, qırx dörd gün gecə-gündüz sinəsinilə bu rəqəmin qarşısını kəsən, onu indinin özündə də böyüməyə, artmağa qoymayan hərbi həkimlərimizdən danışmaq istəyidim! Hipokrat məqamını içdiyi hərbi andla cilalayan, hər bir yaralımızla yaralanan, hər bir Şəhidimizlə Şəhid olan, hər bir qazimizlə yenidən həyata qayıdan hərbi həkimlərimizdən!..
Axı qırx dörd günlük müharibədə cəbhə xəttinin, döyüş səngərinin bir adı da vardı – Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalı!
Müharibəli günlərimizdə bu nüfuzlu müalicə müəssisəsinə daxil olan ağır yaralıların az qala doğsan doqquz faizi məhz hərbi həkimlərimizin fövqəladə bacarığı və səyi nəticəsində yenidən ayağa qalxdı. Bəli! Məhz hərbi həkimlərimizin! O həkimlərimizin ki, qırx dörd gün ərzində heç qırx dörd saat öz evinə, öz ailəsinə baş çəkməmişdi; öz evinə, öz ailəsinə baş çəkə bilməmişdi; gecəsini gündüzünə qatıb qazilərimizin ağrı-acısına şərik çıxmışdı, qanı axan yaralarına məlhəm qoymuşdu. Nəticəsi özünü çox gözlətmədi: Savaş meydanında dünyaya nümunə olacaq bir ilkə cığır açan əsgərlərimiz kimi, hərbi həkimlərimiz də ən aşağı ölüm faizilə müharibə təcrübəsində, hərb təbabətində indiyədək qeydə alınmayan yeni bir rekorda imza atdılar.
Əslində məni bu müalicə ocağı ilə zaman-zaman doğmalaşdıran da öz vəzifəsinə vicdanla yanaşan, öz əməlində sağalan və sağlam gələcəyimizi yaşadan çiyni paqonlu həkimlərimiz olub: uzun illər öncə xidməti vəzifəmi yerinə yetirərkən aldığım çoxsaylı travma səbəbindən bəlkə də hamının öləcəyimə inandığı halda, yalnız bir hərbi həkimin fərdi bacarığı sayəsində on saatlıq cərrahi əməliyyatdan sağ-salamat çıxa bilmişdim. Mənimlə eyni taleyi bölüşən hərbi qulluqçularımızın sayı çoxdu, lap çox…
Ancaq bu müharibəli günlərdə adını həmişə fəxrlə çəkdiyim Baş Klinik Hospitalın ünvanına çamur atanlar da tapıldı! Bəzi kütləvi informasiya vasitələrində yer alan azsaylı yazılarda hərbi həkimlərimizin fədakar əməyinə kölgə salınırdı. Mən özümü bu tibb müəssisəsinin vəkili saymıram, ancaq üstümdə zəhməti olan hərbi həkimlərimizin təəssübünü çəkmək haqqımı hələ heç kimə güzəştə getməmişəm. Çünki bu tibb ocağı ilə mənəvi və ruhi bağlılığım o qədər ciddi və sıxdır ki, uzun illər ərzində formalaşmış təəssüratlarımın zədələnməsi indiki məqamda məndən ötrü hətta öz sağlamlığımın zədələnməsi anlamına qədər gedib çıxır. (Bununla belə heç nə və heç kim məni haqqı-ədaləti tapdalamağa vadar edə bilməz!) Görünür, iki gün əvvəl müayinə məqsədilə hospitala üz tutmağımın arxasında da əslində bu yazılarda yer alan qaranlıq məqamlara aydınlıq gətirmək istəyim dayanırmış!
O tənqidi fikirlərin əsl ünvanının – əsgərlərimizin yaralandığı andan dərhal sonra aparıldığı mülki xəstəxanaların adını çəkmək istəmirəm, amma bəz KİV nümayəndələrinin ya ucuz sensasiya yaratmaqla reytinq qazanmaq, ya da hansısa şübhəli maraqlar müqabilində kimlərinsə zəhmətini yerə vurmaq cəhdinə də etinasız qala bilmirəm. Axı müharibə dövründə bu cür hərəkətlərin mahiyyəti dəyişdiyi kimi, cəza şkalasındakı yeri də dəyişir.
Mən ictimai rəydə ciddi yanlışlığa səbəb olan şəxslərin cəzalandırılması fikrindən xeyli uzağam. Söhbət qırx dörd günlük savaşda hərbi həkimlərimizin – cəbhənin gözə görünməyən qəhrəmanlarının ağır, məsuliyyətli və müqəddəs əməyindən gedir. Axı qazandığımız qələbədə səngərdəki əsgərlərimiz kimi, tibb cəbhəsinin ön xəttində döyüş tapşırığını yerinə yetirən ağxalatlılarımızın da öz payı var. Amma onların müharibəsi hələ bitməyib; onların müharibəsi palatalardakı sonuncu yaralımız ayağa qalxanadək davam edəcək!
Onların müharibəsi bitəndə sonuncu qazimiz müalicəsini başa vurub doğmalarının yanına yollanacaq. Və üz tutduğu ünvana özü ilə birgə hərbi həkimlərimizin işıqlı adını da aparacaq. Kim bilir hələ bundan sonra daha neçə evə, daha neçə ailəyə, daha neçə ürəyə o şəfalı əllərin nurundan pay düşəcək…
Mia.az
Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları dəyişib - DİN-dən qərar
Sabah Bakıda yağış yağacaq, rayonlarda isə...
Xırdalanda obyektlər Heydər parkını sürətlə "işğal" edib: bəs camaat neyləsin? - Ekspert həyəcan təbili çalır
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
Jurnalist komitənin "tədbir siyahısı"na etiraz etdi: "Sahəyə aid olmayan QHT-lər..." - "Məqsəd nədir, təbii ki, pul silməkdir"
Azaraq Azərbaycan ərazisinə keçən iki yeniyetmə ermıni geri verilib
45 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb
Tovuzda dəhşətli ailə dramı: oğul anasını öldürdü, bacısıını isə...
Bayram namazı qılınıb
Gəncədə 15 yaşlı uşaq azyaşlını bıçaqlayıb
Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub
Bu gün Azərbaycanda Qurban bayramıdır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
Buraxılış imtahanının nəticələri elan olunub
Toyda döyülən şəxs ölüb
"İnter" klubu yarımmüdafiəni transfer edib
İnzaqi "Əl-Hilal" klubu ilə müqavilə imzalayıb
Türkiyədə biznesmen güllələndi - Küçənin ortasında (FOTO)
Donald Tramp və Çin lideri telefonda müzakirə aparıblar
Qəzzada savaş: 18 fələstinli həlak olub
Məhkəmə işi: Oleq Bakinskiyə nə qədər cəza tələb olunub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank beş günlük məzənnəni açıqladı
Ölkədən çıxışına qadağa qoyulanlara SMS göndəriləcək
“Sea Breeze”nin həyətində çayxana tikiləcək
Şimali Koreya lideri: "Biz bütün gücümüzlə Rusiyanın yanındayıq"
Pirquluda zəlzələ olub
Qazaxda ağır qəza: cinayət işi açılıb
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Sabahdan Bakıda leysan olacaq - Xəbərdarlıq
HƏKİM XƏSTƏNİN ÇILPAQ GÖRÜNTÜSÜNÜ YAYDI: "Oturub izləyirəm ki, bir az da məşhurlaşım" - Rəsmi araşdırma başladı VİDEO (Yenilənib)
Yeni təyin olunan hakimlər and içiblər - FOTO
Qəzzada daha 3 jurnalist həlak olub
PKK terrorçuları təslim olub
"Artıq dörd aydır həbsdəyəm, heç kimim, yanıma gələn də yoxdur"
"Şərurlu İsfəndiyar" hakim qarşısında: 40-a yaxın məhkəmə işi var - "Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib?"
Məhkəmə işi: "Zeynal Usubovla dost olmuşam, ortaq biznesimiz olub"
Tramp "Harvard"dan əl çəkmir: Əcnəbi tələbələrin vizaları dayandırılıb - Uniiversitet prezidenti qisasçılıqda günahlandırdı
Gədəbəydə 74 yaşlı qadına qarşı zorakılıq törədilib - İki qurum birgə məlumat yaydı
Rəsmi Bakı Danimarkanı təbrik edib
İlham ƏIiyev: "Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır"
Sabah yağış yağacaq
Laçın “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan olunub
Meksika Trampın qərarına etiraz etdi: "Bu, ədalətsiz və hüquqi əsası olmayan addımdır"
Azərbaycan-İran dövlət sərhədinin pozulması halının qarşısı alınıb