Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib - Nələr müzakirə olunub?
17-12-2020 [16:46]
16-17 dekabr tarixlərində Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, 2 gün davam edən tədbirdə 30-dan çox ölkə və bir sıra beynəlxalq qurumlardan olan 100-ə yaxın nümayəndə iştirak edib. Tədbirin birinci günündə təşkilatın prosedur məsələləri nəzərdən keçirilib, ikinci gün isə "Hər kəs üçün enerji səmərəliliyi: İnnovasiyalar və investisiyalar" mövzusunda Nazirlər iclası keçirilib.
Nazirlər iclasında enerji keçidini təşviq edən yeniliklər, dayanıqlı enerji texnologiyaları, innovasiyalar, enerji investisiyaları ilə bağlı yenilikləri dəstəkləmək və maliyyələşdirmək üçün səmərəli dövlət-özəl birgə investisiya mexanizmlərinin yaradılması və tənzimlənməsi, innovativ enerji fondlarının yaradılması, enerji səmərəliliyində dövlət satınalmalarının rolunun artırılması, yeniliklərə dövlət dəstəyinin verilməsi üçün milli təsisatların yaradılması məsələlərinə toxunulub.
İclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan dünyada öz enerji ehtiyacını tam şəkildə təmin edən azsaylı ölkələrdəndir və dünyada vacib enerji ixracatçısı kimi qəbul olunur: ”Hazırda Azərbaycan həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Ölkəmizin 44 günlük müharibədən sonra qazandığı tarixi qələbə isə enerji infrastrukturuna təhdidlərin qarşısını birdəfəlik alıb.”
Eyni zamanda, nazir beynəlxalq səviyyədə enerji səmərəliliyi sahəsində meyillər, çağırışlar və bu çağırışların qarşılanmasında investisiya və innovasiyaların rolu barədə fikirlərini bildirib, enerji resurslarından səmərəli istifadənin Azərbaycan üçün də aktual olduğunu qeyd edib. Bildirilib ki, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi ilə bağlı hədəflər müəyyən edilib, ətraf mühitə atılan istixana qazlarının 2030-cu ilə qədər 35% azaldılması, elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəf seçilib. Nazir bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib, Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb, müvafiq sahədə fəaliyyət planının və digər ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması istiqamətində də işlərin aparıldığını bildirib.
Daha sonra, Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış edərək, təşkilat tərəfindən müvafiq sahələrdə görülmüş işlər haqqında məlumat verib və Azərbaycana sədrliyi dövründə pandemiya ilə bağlı çətinliklərə baxmayaraq, səmərəli fəaliyyətə və sıx əməkdaşlığa görə təşəkkür edib.
Tədbirdə, həmçinin müxtəlif ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri çıxış edərək, enerji səmərəliliyi sahəsində görülən işlər, əldə edilmiş nəticələr haqqında məlumat veriblər və Enerji Xartiyası Konfransının 31-ci iclasının yüksək səviyyədə təşkili və ümumilikdə sədrlik dövründə məhsuldar fəaliyyətinə görə təşəkkür ediblər.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo çıxış edərək Enerji Xartiyası Konfransına uğurlu sədrliyi münasibəti ilə Azərbaycanı təbrik edib və ölkəmizin həm OPEC üçün, həm də “OPEC plus” Əməkdaşlıq Bəyannaməsi üçün vacib tərəfdaş olduğunu bildirib. Baş katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ”Əməkdaşlıq Bəyannaməsi” üzrə konsensusun əldə olunmasında və bu çərçivədə əməkdaşlığa davamlı dəstəyə görə təşəkkürlərini çatdırıb. O bildirib ki, 2016-cı ildə “Əməkdaşlıq Bəyannaməsi” imzalandığı vaxtdan indiyə kimi Azərbaycan bu birliyin ən mühüm üzvlərindən olub. Neft sənayesində sabitliyin təmini üçün OPEC və
qeyri-OPEC ölkələrini əməkdaşlığa dəvət edən ilk dünya lideri də məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olub. Azərbaycanın bütün dünyada multikulturalizm mərkəzi kimi tanındığını bildirən baş katib, ölkəmizin həm də neft sənayesinin beşiyi kimi məşhur olduğunu vurğulayıb. Baş katib, həmçinin Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinə son qoyan tarixi qələbəmiz münasibəti ilə təbriklərini çatdırıb. Azərbaycanın “COVİD 19” pandemiyasına qarşı mübarizədə də nümunəvi ölkə olduğunu və Ümumdünya Səhiyyə Təşkilatına dəstək göstərdiyini vurğulayıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Soleimanpour adından çıxış edən təşkilatın baş katibinin müavini səfir Huseyin Avni Bicaklı da öz növbəsində tarixi qələbəmiz və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıb. İmzalanmış üçtərəfli bəyanatın regiona sülh və əmin-amanlıq gətirəcəyinə əminliyini ifadə edib. Təmsil etdiyi təşkilatın Azərbaycanın işğaldan azad edilmiş rayonlarında yenidənqurma işlərində dəstək göstərməkdən məmnun olacağını bildirib.
AEK Joao Marionu heyətinə qatır - Türk klubu 2 milyon avro qazanacaq
Tramp 100 min dollar vəd etdi: "Onu tapacağımıza ümidliyik" - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nuri Şahin "Başakşehir"in başına keçir? - Danışıqlar yekunlaşıb
"Beşiktaş" Jota Silva ilə anlaşıb - Oyunçu İstanbula dəvət edilib
"İmperator" ləqəbli baş məşqçi yeni macəraya başlaya bilər
Polşa Belarusla sərhədə 40 minə yaxın hərbçi yeridir, sərhəd bloklanır: "NATO buna cavabsız qala bilməz"
"Qaçqının biri də mən! Nə vaxt kiminsə toyuğuna daş atmışam?" - Seymur Verdizadədən sərt cavab
Bakıda ermənilərin məhkəməsi davam edir - Azərbaycana qarşı təcavüzlə bağlı sənədlər elan olunub
“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi? - İttiham var
“550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - Keçmiş sevgilisindən Hidayətə ittihamlar
Gürcüstanın keçmiş müdafiə naziri həbs olunuub
"Kapitalbank" Mia.az saytını məhkəməyə verib: ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha iki bələdiyə sədri Ərdoğanın partiyasına keçdi - FOTO
İsrail ordusu Livana hava zərbələri endirib
Anar Babayev aparat rəhbəri tyəin edilib
Nazir təhsil ekspertlərini şantajda ittiham etdi: "Bu, şantajdırsa, biz bu barədə danışmırıq"
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
Trampın Minskə gedib
Kreml: "Polşanın PUA-larla bağlı ritorikası yeni deyil"
Küləkli hava şəraiti həftə sonunadək davam edəcək - XƏBƏRDARLIQ
Zelenski Rusiya iqtisadiyyatı üçün ən güclü zərbə hesab etdiyi sanksiyaları açıqlayıb
"Volfsburq" Kristian Eriksen ilə müqavilə imzalayıb
Alen Simonyan: "Azərbaycanın istəyini haqlı hesab edirik"
Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
"Real Madrid" Van de Veni transfer etmək istəyir - "Tottenhem" 80 milyon avro tələb etdi...
Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək - Qərar
Sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik - Əli Əsədov qərar imzaladı
Əli Əsədov nəqliyyatla bağlı yeni qərar imzalayıb
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Alen Simonyan: Bizim mağazalarımızda Azərbaycan malları olacaq
Finlandiya Prezidenti Ukraynada səfərdədir
"Sakaryaspor" Mete Kaan Demiri heyətinə qatıb
Paşinyan Rusiyaya səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
Misir ABŞ-ni öz ölkəsində HƏMAS-a zərbələr endirməkdən çəkindirib
MİQ imtahanında iştirak qiyməti müəyyənləşib