BİZƏ ZƏFƏR YARAŞIR - “Azercell Telekom” abunəçilərinə internet paketi hədiyyə etdi
11-12-2020 [13:02]
Dünən Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində qazandığı tarixi Qələbə münasibətilə təntənəli hərbi parad keçirilib.
Bu barədə Azəercell-dən Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və tarixi ədalətin bərqərar olması səbəbilə yaşanılan ümumxalq sevinc hissi dərin vətənpərvərlik duyğularının təzahürüdür.
Bu sevinci abunəçiləri ilə bölüşən “Azercell Telekom” onları töhfəsiz qoymadı. Belə ki, “Qelebe” sözünü 2525-ə yazıb göndərən istifadəçilər Azercell-in 4G şəbəkəsi daxilində 1GB həcmli hədiyyə internet paketini əldə etdilər. Həmçinin, abunəçilərə təntənəli hərbi paradı mobil cihazlarında izləmək üçün teleyayım imkanlarını rəqəmsallaşdıran, Azercell-in təqdim etdiyi "NNTV" mobil TV xidməti vasitəsilə izləmə fürsəti verildi.
Qeyd edək ki, "Azercell Telekom" işğaldan azad olunmuş ərazilərimizdə mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşa şəhərində 4G mobil şəbəkə stansiyalarının quraşdırılmasına başlayan ilk operator şirkətidir. Ölkənin lider mobil operatorunun radiobaza stansiyaları, demək olar ki, ordu birləşmələrimizlə birgə bütün cəbhə boyu irəliləyərək ən ucqar və əlçatmaz nöqtələrdə rabitə əlaqəsini həyata keçirməyə yardımçı olmuşdur.
Bundan əlavə, Azercell şirkəti ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb; “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürmələrini mümkün edib; cəbhə bölgələrinə ezam olunmuş informasiya müharibəsində savaşan bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 AZN köçürüb; Gəncə, Bərdə şəhərlərində raket hücumu nəticəsində baş vermiş hadisələrdə abunəçilərinə rabitə dəstəyi göstərib; Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışlayıb; “Azercell könüllüləri”nin xeyirxah təşəbbüslərinin davamı olaraq döyüşlərdə düşmənə layiqli cavab verən hərbçilərimizə əsgər payı göndərib və bu günə qədər ölkənin müxtəlif bölgələrində hərbi qulluqçu ailələrinə dəstək kampaniyalarını davam etdirir.
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsallı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı