İlham Əliyevin latviyalı həmkarı və ingiltərəli baş nazirlə görüşü - FOTOLAR

img

28-11-2013 [23:45]


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Latviya prezidenti Andris Berjinsin görüşüb. 

Mia.az Azertag-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün Vilnüsdə olan Prezident İlham Əliyev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronla da görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib.

Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunan görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA