AFFA-dan Azərbaycan millisinin oyunları ilə bağlı - Açıqlama

img

07-12-2020 [17:36]


Qadınlardan ibarət Azərbaycan millisinin oyunlarının yeni vaxtı müəyyənləşib.

Mia.az AFFA-ya istinadən bildirir ki, yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Moldova ilə matçları gələn ilin fevralında baş tutacaq.

Bu ilin sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı. UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, komandamız fevralın 18-də İspaniya, 23-də isə Moldova ilə qarşılaşacaq.

Oyunların stadionu və başlama vaxtı hələlik məlum deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR