ATƏT sədri: “Dağlıq Qarabağla bağlı substantiv danışıqlar davam etməlidir”

img

03-12-2020 [13:47]


“Substantiv danışıqlar hərtərəfli və davamlı razılaşmanın əldə edilməsi məqsədi ilə davam etməlidir”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Rama ATƏT Nazirlər Şurasının videokonfrans formatında keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

“Mən çox şükür edirəm ki, Dağlıq Qarabağda döyüşlər dayanıb və atəşkəs elan edilib. İndi götürülən öhdəliklərin yerinə yetirilməsinin vaxtıdır. Mən ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesinin yenidən başladılması təşəbbüsünə tam dəstəyimi ifadə edirəm. İndi substantiv danışıqlar yaxşı niyyətlə, sülh yolu ilə hərtərəfli və davamlı razılaşmanın əldə edilməsi məqsədi ilə davam etməlidir”, - deyə E. Rama bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq