28-11-2013 [12:32]
Moskvada bazarlara və azərbaycanlılara qarşı total hücumun motivləri bəlli oldu: Qubadan olan milyarderlər Zarah İliyev və Qod Nisanov bütün ticarəti əllərində cəmləyir...
Əslən Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədən olan yəhudi milyarderlər, Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu olmuş İlham Rəhimovun biznes ortaqları Qod Nisanovla Zarah İliyev Moskvada nəhəng ticarət mərkəzinin sahiblərinə çevrilib.
Virtualaz.orgsaytı "Forbes” jurnalının rus versiyasına istinadən yazır ki, Zarah İliyevlə Qod Nisanov Moskvada, Dairəvi Avtomobil Yolunun kənarında hazırda tikilməkdə olan "Lotos-Siti” ticarət kompleksini alıblar. Ticarət kompleksinin ümumi ərazisi 1,5 milyon kvadratmetr olacaq.
Milyarderlərin sözçüsü Nadejda Spiridonova sövdələşməni təsdiqləyib, lakin əlavə təfərrüatlar haqda məlumat verməyib.

Xəbərdə bildirilir ki, "Lotos-siti” tikilib başa çatandan sonra Moskvanın ən iri ticarət kompleksi olacaq. Mahiyyətcə bu ticarət kompleksi Rusiya, Çin. Vyetnam, Azərbaycan, Hindistan, Banqladeş, Əfqanıstan, Qırğızıstan və digər ölkələrdən sahibkarlar üçün vahid ticarət platforması rolunu oynayacaq. Yəni kompleks faktiki olaraq Moskvadakı bütün miqrantların cəmləşdirildiyi ayrıca şəhər olacaq.
Tikintinin sifarişçisi kimi sənədlərdə "Plamya” ASC göstərilib. Bu şirkət Novıy Arbatda qeydiyyata alınıb. Şirkətin səhmlərinin 83 faizi "Bauntiful Holdings” offşor şirkətinə məxsusdur.
"Kommersant”ın məlumatına görə, bu şirkətin arxasında "SMP-Bank”ın sahibləri Arkadi və Boris Rotenberqlər dayanır.
N.Spiridonova deyib ki, "Lotos-Siti”ni Qod Nisanovla Zarah İliyevə satan xarici şirkətdir. Layihə çərçivəsində artıq sahəsi 200 min kvadratmetr olan ikimərtəbəli ticarət mərkəzi istifadəyə verilib. Tikintinin qalan hissəsini Q.Nisanovla Z.İliyev davam etdirəcəklər. Layihənin neçəyə başa gələcəyinə dair hansı təsəvvür yoxdur.

Ekspertlərin qənaətinə görə, bu kompleksdə icarə haqqı 1 kvadratmetrə görə 4 min dollardan aşağı olmayacaq.
Qeyd edək ki, Q.Nisanovla Z.İliyev hazırda İlham Rəhimovla birlikdə Moskvada ümumi sahəsi 1 milyon kvadratmetr olan daşınmaz əmlaka - "Sadovod” bazarına, "Moskva”, "Yevropeysiy” və s. ticarət mərkəzlərinə malikdir.
Yeni layihədə İlham Rəhimovun yəhudi milyarderlərlə ortaqlığı haqda məlumat olmasa da ekspertlər hesab edir ki, böyük ehtimalla "üçlük” arasında ortaqlıq bu layihədə də davam edir. Axı Qod Nisanov İlham Rəhimovun uşaqlıq dostunun oğludur. Gənc yəhudi milyarder onu mənəvi atası hesab edir və bütün biznes layihələrini onunla məsləhətləşərək həyata keçirir.

Rusiyanın slon.ru saytı yazır ki, Moskvanın Biryulevo rayonunda əsasən azərbaycanlıların nəzarətində olan nəhəng topdansatış meyvə-tərəvəz bazası "Pokrovka”nın bağlanmasının arxasında məhz Qod Nisanovla Zarah İliyevin dayana biləcəyinə dair versiyalar var. İndi yəhudi milyarderlərin bütün miqrantları bir mərkəzə toplamaq planı üzə çıxandan sonra bu versiya daha da qüvvətlənmiş olur.
Xatırladaq ki, bu versiyanı Moskvada ticarətə məşğul olan azərbaycanlılar da inandırıcı sayır. Orxan Zeynalov tərəfindən törədilən qətldən və ardınca Biryulevoda baş verən iğtişaşlardan sonra nəhəng "Pokrovka” bağlandı. Onun icarəçilərinin böyük əksəriyyəti İlham Rəhimov və ortaqlarına məxsus "Sadovod”a üz tutmalı oldu. İndi isə məlum olur ki, Moskvadakı bütün bazarlar söküləndən sonra azərbaycanlılar və digərləri ancaq Qod Nisanovla Zarah İliyevə "haqq” verməli olacaqlar. Yəni Moskvada azərbaycanlılara divan tutulmasının arxasında əslində yəhudi milyarderlərin və onların Putinlə dost olan ortağının biznes marağı dayanırmış.
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi