Ukrayna millisinə niyə texniki məğlubiyyət verildi? - UEFA səbəbini açıqladı

img

01-12-2020 [19:04]


UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda koronavirus üzündən ləğv olunmuş İsveçrə - Ukrayna oyunundan sonra qonaqlara texniki məğlubiyyət verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

"Futbol 1" telekanalı xəbər verir ki, qurumun Apellyasiya Komitəsinin rəhbəri Pedro Tomas Markes bunu Ukrayna Futbol Assosiasiyasının (UAF) məsuliyyətsizliyi ilə əlaqələndirib.

Onun fikrincə, UAF Almaniyada bəzi futbolçuların koronavirus testlərinin nəticələri müsbət çıxdıqdan sonra onların tam əvəzlənməsi üçün oyunçu potensialını əvvəlcədən müəyyənləşdirməyib.

Qeyd edək ki, Ukrayna yığması texniki məğlubiyyət nəticəsində B Liqasına düşüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:45 19.01.2021

YAP hesabat verdi