Eldar Mahmudov daha bir şöbə rəisini vəzifədən kənarlaşdırdı

img

27-11-2013 [10:31]



Milli Təhlükəsizlik naziri Eldar Mahmudov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir. 

 Mia.az AzNews.az-a istinadən xəbər verir ki, MTN-nin Səbael rayon şöbəsinin rəisi Ceyhun Əliyev də vəzifəsindən kənarlaşdırılıb. Onun sərəncama göndərildiyi bildirilir. 

MTN-nin İctimai Əlaqələr Mərkəzindən xəbəri nə təkzib, nə də inkar ediblər.

 Qeyd edək ki, nazirliyin Nərimanov rayon şöbəsinin rəisi Natiq Abuzərli də pensiyaya göndərilib.Bundan əlavə xidmət müddəti başa çatan bir neçə əməkdaş da təqaüdə çıxarılıb.

E.Mahmudovun islahatları davam etdirəcəyi bildirilir.

MTN-dəki kadr dəyişiklikləri ilə bağlı mütəmadi məlumat verəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR