Məşhur meyxanaçı Faiq Ağayevə “narkoman” dedi, sonra üzr istədi

img

26-11-2013 [19:58]


Meyxanaçı Aydın Xırdalanlı bir müddət əvvəl mətbuatda yayımlanan müsahibəsində Faiq Ağayevə qarşı işlətdiyi ciddi və əsassız ittihamları təkzib edib və xalq artistindən üzr istəyib. 

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, xalq artisti Aydın Xırdalanlının üzrxahlıq məktubunu "Facebook” səhifəsində paylaşıb.

Məktubda qeyd olunur:

"Bu yaxınlarda bir sıra kütləvi informasiya vasitələrində yayılan müsahibəmdə Xalq Artisti Faiq Ağayev barədə danışarkən, ünvanına əsassız olaraq "narkoman" ifadəsini işlətdiyimdən təəssüflənir, səsləndirdiyim ittihamların yanlış olduğunu etiraf edirəm.

Sevimli Xalq Artistimizin adını bu cür nalayiq və alçaldıcı tərzdə hallandırmağımdan, etdiyim bu yolverilməz hərəkətimdən çox peşmanam. Çox təəssüf ki, səhhətimin hal-hazırkı durumu ilə əlaqədar, səmimi hörmət bəslədiyim sənətkarımız Faiq Ağayevə şəxsən üzrxahlıq edə bilmirəm.

Bu müraciətimlə Faiq müəllimdən işlətdiyim xoşagəlməz və əsassız ifadələrimə görə üzr istəyirəm. Əminəm ki, xeyirxahlığı və böyük ürəyi ilə tanınan xalq artistimiz səmimi peşmançılığımı qəbul edib, məni bağışlayacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR