Aparıcı: “Qızımı Vüsalədən alacağam”

img

26-11-2013 [11:19]


Bir müddət öncə ayrılan tanınmış teleaparıcılar Azər və həyat yoldaşı Vüsalə İsmayılovların barışıq xəbəri yalan çıxıb.

Axşam.az saytına açıqlama verən Azər artıq məhkəməyə müraciət etdiyini deyib:"Münasibətlərimiz düzəlmədi, barışmamışıq. Qızımı 6 aydır görmürəm. Onu mənə vermir. Övladımın üzünə həsrətəm. Məhkəməyə vermişəm, qanunla qızımı ondan alacağam”.

Azər həmçinin deyib ki, tezliklə yeni layihə ilə tamaşaçıların görüşünə gələcək:"Qanunla” adlı veriliş hazırlayıram. Burada ehtiyacı olanlara hüquqi cəhətdən kömək edəcəyik. Cinayət istisna olmaqla, bütün ehtiyacı olanları vəkillə təmin edəcəyik. Maraqlı və səs-küylü layihə olacağına inanıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA