PREZİDENT VERGİ XİDMƏTİNƏ ƏLAVƏ SƏLAHİYYƏT VERDİ - Fərman

PREZİDENT VERGİ XİDMƏTİNƏ ƏLAVƏ SƏLAHİYYƏT VERDİ - Fərman

İQTİSADİYYAT

23.11.2020, 15:00

Bu gün Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliklə bağlı fərman verib.

Mia.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə əlavə səlahiyyət verilib.

Belə ki, Fərmana əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malik olacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR