“Azərxalça” beynəlxalq xalça şirkətləri ilə nüfuzlu KİV-lərə müraciət etdi: "Tarixi saxtalaşdıran ermənilərin Qarabağ xalçalarını..."
06-11-2020 [12:49]
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri professor Vidadi Muradov dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən xalça şirkələrinə, beynəlxalq mədəniyyət təşkilatlarına, nüfuzlu kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.
Bu barədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətdə ermənilərin Azərbaycan xalçalarını saxtalaşdırmaq cəhdləri, işğal olunmuş ərazilərimizdəki maddi-mədəniyyət nümunələrini, o cümlədən xalçalarımızı talan etməsi, 71 nəfər qadının çalışdığı Tərtərdəki xalça emalatxanasının Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə məruz qalması barədə ətraflı məlumat verilir.
Müraciətdə deyilir:
“XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər 1918-ci ildə Azərbaycanın keçmiş İrəvan xanlığının ərazisində öz dövlətlərinin yaradılmasına nail olublar. Sovet hakimiyyəti illərində tarixən azərbaycanlıların məskunlaşdığı Zəngəzur bölgəsini ələ keçirən ermənilər Naxçıvanın Azərbaycanın əsas torpaqları ilə əlaqəsini kəsiblər. Onlar ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal edərək xalqımıza qarşı etnik təmizləmə və misligörünməmiş soyqırımı törədiblər.
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında xalqımıza məxsus tarixi abidələri dağıtmaqla yanaşı, bir çox milli mədəniyyət nümunələrimizə, o cümlədən xalçalarımıza sahib çıxmağa çalışırlar. Bəyan edirik ki, xalçaçılıq Azərbaycan tarixinin ayrılmaz hissəsidir, bizim milli sənət nümunəmizdir. Azərbaycan xalçasının toxunduğu hər yer, o cümlədən Qarabağ Azərbaycandır.
Azərbaycan xalçaçılıq məktəbinin 9 qrupundan biri olan Qarabağ xalça qrupuna Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə və Zəngilanda toxunmuş xalçalar, xalça məmulatları daxildir.
Dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycan xalçaçılığının tarixi kökləri birbaşa türkçülüklə bağlıdır. Qarabağda toxunan bütün xalçalar üzərində türkçülüyü əks etdirən Bayat, Kəngərli, Kolanı, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Muğanlı, Əfşar, Quşçu, Otuzikilər, İyirmidördlər, Cavanşir, Qaraqoyunlular və s. kimi onlarla türk tayfalarının rəmzi olan elemenetlərə, damğalara rast gəlinir.
Tarixi saxtalaşdıran, keçmişi yalandan, riyakarlıqdan ibarət olan ermənilərin Qarabağ xalçalarını özününküləşdirmək cəhdi daha bir məkrli planın tərkib hissəsidir. Xalça elə nadir sənət nümunələrindəndir ki, keçmiş tarix, toxunduğu bölgənin o xalqa mənsubluğu barədə zəngin informasiya mənbəyidir. Onların xalçalarımızı erməniləşdirməkdə əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əslində isə əsrlər boyu burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir.
Bütün dünya bilməlidir ki, ermənilər xalça toxumağı Azərbaycan türklərindən öyrəniblər. Onların Cənubi Qafqaza köçürülənə qədər xalça toxumaq haqqında təsəvvürləri olmayıb və özlərinə məxsus heç bir xalça çeşnisi də yoxdur. Əgər xalçaçılıq ermənilərin iddia etdikləri kimi onların qədim sənətkarlıq sahəsidirsə, o zaman Azərbaycan ərazilərinə köçürülərkən özləri ilə niyə bir xalça nümunəsi gətirməyiblər? Yaxud niyə həm sovet dövrünə qədər, həm də sovet dövründə Qarabağda toxucularının əksəriyyəti erməni olan xalça fabrikləri fəaliyyət göstərməyib?
Qarabağda ermənilərin kompakt halda məskunlaşdırılma tarixi XIX əsrin ortalarından başlayırsa, onlar XVIII əsrin sonlarında artıq bütün ana kompozisiyalarının formalaşdığı, texniki standartlarının təkmilləşdiyi Azərbaycan, o cümlədən Qarabağ xalçaçılığına necə iddia edə bilərlər? Onlar uzun illərdir, bu haqlı suallara cavab tapa bilmir, uydurma fantaziyaları ilə dünya ictimaiyyətini aldadırlar. Ermənilərin öz sənət nümunələri kimi təqdim etdikləri Qarabağ xalçaları Azərbaycan xalqının təfəkkürünün məhsuludur. Başqa xalqın sənət nümunəsini özününküləşdirməyin isə bir adı var – oğurluq.
Ermənilərin Cənubi Qafqaza köçürüldüyü dövrdən xeyli əvvəl Qarabağ xalçaları artıq bütün dünyada məşhur idi.
Xalçaçılığın Qarabağda yüksək inkişaf mərhələsinə çatması barədə bir çox tarixi mənbələrdə məlumatlar vardır. Bu məlumatlar göstərir ki, Qarabağ xalçaçıları yaxın və uzaq ölkələrdən aldıqları sifarişlər əsasında orijinal çeşnili xalça məmulatları toxuyurdular. XIX əsrdə Qarabağın əksər yaşayış məntəqələrində olduğu kimi, Şuşa şəhərində də xalçaçılıq artıq əmtəə xarakteri daşmağa başlamışdı. Burada toxunan xalçalar Rusiya, Avropa və Asiya ölkələrində yüksək qiymətləndirilirdi. Bunlar bir daha sübut edir ki, Qarabağda xalçaçılıqla peşəkar formada ancaq azərbaycanlılar məşğul olublar.
Bildiririk ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dağıdılan muzeylərimizdən xalqımıza məxsus milli sərvətlər, o cümlədən xalçalar qarət edilib. Bundan başqa, məcburi köçkünlər öz dədə-baba torpaqlarından didərgin salınarkən onlar qədim xalçalarının əksəriyyətini həmin ərazidən çıxara bilməyiblər.
Bu gün ermənilərin öz sənət nümunələri kimi qələmə verdikləri xalçalar əslində Azərbaycanın XX əsrin 90-cı illərində işğal edilən bölgələrindən talan edilmiş xalçalardır. Ermənilər həmin xalçaları müxtəlif sərgilərdə, beynəlxalq tədbirlərdə və auksionlarda özlərinin sənət nümunələri kimi təqdim etməyə çalışırlar. Əslində isə həmin xalçaların müəllifi Qarabağın köklü sakinləri olan Azərbaycan türkləridir.
Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın şəhər, qəsəbə və kəndlərinin adlarını dəyişdirdikləri, toponimləri erməniləşdirdikləri kimi, milli xalça çeşnilərimizin də adlarını dəyişdiriblər. Azərbaycan xalqının yaratdığı xalça çeşnilərinə məntiqsiz və əsassız əlavələr etməklə nəyəsə nail olmaq mümkünsüzdür. Onlar bu əməllərinə, dünya ictimaiyyətini aldatdıqlarına görə bir gün mütləq cavab verəcəklər.
Xalçaçılığın xalqımızın qədim sənət növü olduğunu nəzərə alan Azərbaycan dövləti ölkəmizdə xalçaçılğın geniş şəbəkəsini yaradıb. Hazırda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialından 3-ü Qarabağda, 1-i isə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə fəaliyyət göstərir. Həmin xalça fabriklərində yüzlərlə qarabağlı qadın qədim çeşnilər əsasında Qarabağ xalçaları toxuyur.
Hiddətlə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycanın şəhər və kəndlərini, dinc əhalini atəşə tutması nəticəsində ciddi ziyan dəyən mülki infrastruktur obyektlərindən biri də Tərtər şəhərindəki xalça fabrikidir. Həmin emalatxanada çalışan 78 nəfərdən 71-i qadınlardır. Ermənilərin məhz xalça emalatxanasına atəş açması bir daha onu göstərir ki, bu terrorçu dövlət Azərbaycanın mülki əhalisini, xüsusən də qadınları hədəf alır, mədəni sərvətləri məhv etməyə çalışır. Dünya xalçaçıları bu vandalizmə öz etirazını bildirməli, terrorçu Ermənistanın qeyri-insani hərəkətlərini qınamalıdır.
Sonda onu da qeyd edək ki, Azərbaycan türkləri min illər sonra da xalçaçılıqla məşğul olacaqlar. Çünki xalçaçılıq bu xalqın qırılmaz ənənəyə çevrilmiş qədim sənət sahəsi, xalça toxumaq isə onun genetik bacarığıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.
Mia.az
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verildi
Siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim edir
Rövnəq Abdullayevin kürəkəninin bankı iclas çağırdı - Banka yeni vəsait cəlb edilib
Nazir İH sədrinə daha bir müavin təyin etdi - Eşqin Bayramov kimdir?
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
"Əgər Qrenlandiyanı biz almasaq, Rusiya və ya Çin alacaq" - Tramp iddiasını yenilədi, NATO-nu aşağıladı
Bakıda 66 yaşlı kişi dəm qazından ölüb
Baş məşqçi: "Bu komandanı Super Liqaya çıxarmaq üçün çalışacağıq"
Şamaxı rayonunda zəlzələ olub
Nadir şahdan bu günə: İran – Türkiyə – Səudiyyə Ərəbistanı üçbucağı
"İnter" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?