Çinin Datang şirkəti ilə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb
12-11-2025 [17:06]
Azərbaycan Energetika Nazirliyi, Çinin "China Datang Overseas Investment Co. Ltd" və "SOCAR Green" MMC şirkətləri arasında "Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənilməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi" imzalanıb.
Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, icra müqaviləsi nazir Pərviz Şahbazovla "China Datang Corporation Ltd." şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə imzalanıb.
Məlumata görə, müqavilə layihənin icrasına məsul şirkətin və Rəhbər Komitənin yaradılmasını nəzərdə tutur.
Görüşdə enerji sahəsində geniş əməkdaşlığın Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin əsas prioritet istiqamətlərindən biri olduğu, bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sənədlərin mühüm rolu vurğulanıb.
"China Datang Overseas Investment Co. Ltd" şirkəti ilə quruda 100 MVt gücündə günəş, 2 QVt gücündə dənizdə külək enerjisi, enerji saxlanc sistemi və "Yaşıl Enerji Dəhlizi" layihələrini, həmçinin Azərbaycanın energetika sektoru mütəxəssisləri üçün təlim və təcrübə mübadiləsi proqramını əhatə edən tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Müzakirələr zamanı dəniz külək enerjisi və "Yaşıl Enerji Dəhlizi" layihələrinin həyata keçirilməsi üçün zəruri texniki və iqtisadi məsələlər nəzərdən keçirilib. Aparılmış tədqiqatlar, külək turbinlərinin daşınması və quraşdırılması, avadanlıqların yerli istehsalının təşkili, sualtı kabellər, enerjinin ötürülməsi və sistem tənzimlənməsi kimi istiqamətlər üzrə fikir mübadiləsi edilib.
Həmçinin görüşdə günəş enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlər dəyərləndirilib.
Kurban Berdiyevin 50-ci oyunu və ilk "istefa" şüarı - Tovuzlular qəzəbləndi + VİDEO
Leyla Əliyeva Lənkəranda - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
Bakının Nizami rayonunda quldurluq edən şəxs Tərtərdə tutulub
GENERAL RƏİS TƏYİN OLUNDU - Nazirlikdə növbəti dəyişiklik
"Azərişıq"ın əməkdaşı iş başında ölüb
Şahbuz rayonunun Kükü kəndinə mövsümün ilk qarı yağıb - FOTOLAR
Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir
Sabiq nazir: "Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır" - "Oğlum vəzifəyə təyin olunanda..." (MÜSAHİBƏ)
Rəşad Nəbiyev ABŞ-da "Meta" rəsmisi ilə müzakirə aparıb - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Bakıda "16-cı NATO günləri" keçirilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇİN ordusu hərəkətləndi - Rəsmi Pekin qonşu ölkəyə xəbərdarlıq etdi
Qara dənizlə Aralıq dənizində zəlzələlər oldu
Salyanda yeni çəkilmiş yol çöküb - VİDEO
606 nəfər hərbçi təmirli mənzillərlə təmin olunacaq
Nəriman Axundzadənin atası danışdı: "Bəzən ona göndərməyə pulum olmayıb, onun adamı Allahdır" - “Oğlumu tənqid eləməyə bir söz demirəm, ancaq..."
"Avroviziya"ın qalibi mükafatını geri qaytaracaq - Etiraz böyüyür
Yaponiyada zəlzələ oldu - 6,7 bal gücündə
Kamran Əsədova cinayət işi açılıb - Şok ittiham var
Prokurorluğa işə qəbulla bağlı müsabiqəyə yekun vurulub
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının kollektivi Ulu Öndərin xatirəsini yad edib - FOTO
Ayın 13-dən güclü külək əsəcək - Xəbərdarlıq
Yeni sədr: "İki hakim səhv qərar verib" - VİDEO
“Bank BTB”, “Yelo Bank”, “Unibank”... - Ramiz Mehdiyevlə Vahid Ələkbərovun bankları qırmızı çizgidə + CƏDVƏL
Futbol şərhçisi sərbəst buraxıldı - Mərc oyunları qalmaqalı
"Qalatasaray" prezidentindən İkardi haqda açıqlama: "Kim bizi vəfasızlıqda ittiham edə bilər"
“Bravo” 17 qəpiyə görə 4 min manat cərimələndi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək - Xəbərdarlıq
"Yuventus" müdafiəsini gücləndirmək istəyir
MSK-nın tərkibi dəyişməyəcək
Ədliyyə Nazirliyi bələdiyyə sədrinin müavini ilə sövdələşib
Partiya sədri: “Rafaellə uzun illərdir dostuq, bu məsələ bağlansın”
"Uzaq Şəhər"in "Pakizə"si cəsur pozada - FOTOLAR
"Qalatasaray" nigeriyalı oyunçu ilə anlaşıb
İcra başçısının müavini ilə dalaşan şəxs həbs olunub
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Ərdoğanla Putin görüşdü - Türkmənistanda
DTX rəisi və əməkdaşları Fəxri xiyabanda - VİDEO
İsrail Livanı bombalayıb - ""Hizbullah"ın mövqelərini vruruq"
Aparıcının telefonunda Baş redaktorun narkotik qəbul etməsini təsdiqləyən görüntü var? - Açıqlama
Mərkəzi Bankdan 500 manatlıq əsginasla bağlı - Açıqlama