BÜTÜN BORCLULARIN NƏZƏRİNƏ: notariusun icra qeydi borclular üçün böyük təhlükə yaradıb - ƏKRƏM HƏSƏNOV YAZIR
13-11-2025 [09:55]
ƏKRƏM HƏSƏNOV,
Vəkil
***
Fərqi yoxdur, kimə borclusunuz: banka və ya digər şəxsə. Xüsusilə əgər borcunuz ipoteka (yəni ev, mənzil, torpaq, avtomobil girovu) ilə təmin edilibsə, bu yazını mütləq oxuyun. Çünki elə bilirsiniz ki, borclu olduğunuz şəxs (yəni kreditor) sizdən borcu və ipotekaya tutmanı yalnız məhkəmə qaydasında tələb edə bilər.
Əslində isə bir müddətdir ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə daxil edilmiş maddədən banklar və bank olmayan kredit təşkilatları sui-istifadə etməyə başlayıb. Həmin maddəyə əsasən “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydinə dair borclu tərəfindən iddianın qaldırılması icraatın dayandırılması üçün əsas deyil.
Mümkün qədər qısaca izah etməyə çalışacağam. Notariusun icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Bunun üçün kreditor icra qeydinin aparılması üçün notariusa müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Borclu bundan şikayət etmədiyi halda kreditor notariusa müraciət edib icra qeydini alır və icra məmuru onun icrasını həyata keçirməyə başlayır. O cümlədən ipotekaya qoyulmuş əmlakın hərracını keçirir və s. Yəni məhkəməsiz-filansız. Hətta borc məbləği əslində mübahisəli olduğu halda. Əksər hallarda belə də olur, çünki banklar faiz və cərimə məbləğlərini şişirdir.
Belə işlərin sayı artmaqdadır. Məsələn, bank təxmini 30000 manat borcu olan şəxsə bildiriş göndərib, əsas borc və faizdən əlavə 10000 manat cərimə də tələb edib. Borclu başa düşməyib, fikir verməyib, elə bilib ki, sadəcə borcun ödənilməsini tələb edir. Amma bildirişdə notariusun icra qeydi barədə də vurğu olub. 20 gün ötüb və bank notarisudan icra qeydini alıb və icra məmuru artıq ipotekada olan evin satışını həyata keçirmək əzmindədir. Təbii, borc məbləğinin özü mübahisəlidir, ən azı cərimə məbləği. Amma notariuslar bunu yoxlamır. İcra məmuru da icraatı dayandırmır. Borclu məhkəməyə müraciət etdiyi halda belə. O cümlədən müvəqqəti təminat tədbiri çərçivəsində də məhkəmələr icraatı dayandırmır.
Yaranmış vəziyyət qanunsuzdur. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi ən azı Konstitusiyanın 29-cu (“Mülkiyyət hüququ”) və 60-cı (“Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”) maddələrinə ziddir. Çünki borclunu məhkəmə təminatı olmadan mülkiyyətindən məhrum edir. Şikayət etmək imkanı da verilmir. Kreditorlar da şişirdilmiş borc məbləğini tələb edir. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi yekunda “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin bu qanunsuz müddəasını ləğv edəcək. Lakin biz bilirik ki, Konstitusiya Məhkəməsi yalnız bankların marağını qorumaq lazım olduqda cəld tərpənir. Əhalinin maraqları üçün tezliklə nəsə etməsini gözləmirəm.
Odur ki, kreditordan notariusun icra qeydinin tətbiq ediləcəyi ilə bağlı bildiriş almış hər kəsə tövsiyə edirəm ki, üç həftə ərzində şikayət versinlər, yəni icra qeydinin özünü gözləməsinlər. Belə ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Əlbəttə, bu müddəanın özü də absurddur. Çünki prosessual qanunvericiliyə görə şikayəti məhkəmə aktlarından vermək olar. Kreditorun bildirişindən şikayətin verilməsi nəzərdə tutulmayıb (elektron məhkəmə sistemində də belə imkan yoxdur). Bununla belə, başqa yol da yoxdur. Tövsiyə edirəm ki, borclu dərhal kreditora qarşı məhkəmədə iddia qaldırsın (məsələn, borc məbləğini mübahisələndirsin). İddia ərizəsində onun həmçinin şikayət olduğunu böyük hərflərlə vurğulasın. Kreditora da etiraz xarakterli cavab məktubunun yazılmasını tövsiyə edirəm.
Məsələ çox ciddidir. Faktiki olaraq, bank lobbisi qanuna antikonstitusion müddəa daxil etdirib, notariuslar və icra məmurları onu tətbiq edir, məhkəmələr də kənarda durub baxır. Bu, faktiki olaraq borclulara divan tutmaqdır. Odur ki, ayıq olun, cəld tərpənin!
Bu halla artıq üzləşmiş və vaxtında şikayət verməyərək notariusun icra qeydinə məruz qalmış vətəndaşlara isə tövsiyə edirəm ki, hər bir halda məhkəmələrə, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Ombudsmana da şikayət edin ki, o da Konstitusiya Məhkəməsinə müraciət etsin.
MİA.AZ
"Trabzonspor" - "Beşiktaş" derbisi: 6 qol, bir qırmızı kart...
Rusiya Ukraynada daha bir qəsəbəni ələ keçirib - MN açıqlama yayıb
İsrail ordusu Livanı PUA-larla vurdu - "Hizibullah"ın yüksək vəzifəliləri öldürüldü
Təhsili idarə edənlər düşünürmü ki, təhsil niyə bu qədər tənqid olunur? - Vahid Tağıyev yazır
Azarkeşlər söyüş söydü, Baş məşqçi istefa anonsu verdi: "İki oyundan sonra gedəcəym"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Allahın Bəhram Bağırzadəsindən 9500 manatlıq kitab alıblar" - Kəramət Böyükçöl nazirliklə sövdələşməsindən yazdı
Pənah Hüseyn partiya sədrliyindən getdi - AXP yeni sədr seçdi (FOTO)
Autsayderlərin duelində bir qırmızı kart, bir qol... - "Kəpəz" "Qəbələ"yə qalib gəldi - VİDEO (Yenilənib)
“Binə” Ticarət Mərkəzinin işıqları söndürülüb - Tanınmış jurnalist bazarın iflic edildiyini deyir
Yazıçı nazirə müraciət etdi: "Yazı-pozu adamlarına verilən dəstəyi təqdir edirəm" - "Əlimdə kütləvi nəşrini gözləyən 7 kitab var"
"İki arvadım var, ikisi də şah kimi yaşayır" - Şərurlu İsfəndiyar 27 yaşlı həkimi necə aldığını danışıb, "Pul çox şeyi həll edir" deyir (VİDEO)
Sabah yağış və qar yağacaq
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kurban Berdiyev məğlubiyyətin səbəbini niyə demir? - Əməkdaşımız ondan sözü "kəlbətin"lə alıb (VİDEOLAR)
Xəzər dənizində zəlzələ olub
Səidə Haqverdiyeva vəzifədən ayrılıb
Azərbaycan diasporunun fəalları saxlanılıb - Rusiyada
"Sabah"ın oyunçusu Joy Mikels Mia.az-a danışdı - VİDEO
Kurban Berdiyevin 50-ci oyunu və ilk "istefa" şüarı - Tovuzlular qəzəbləndi + VİDEO
Leyla Əliyeva Lənkəranda - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
Bakının Nizami rayonunda quldurluq edən şəxs Tərtərdə tutulub
GENERAL RƏİS TƏYİN OLUNDU - Nazirlikdə növbəti dəyişiklik
"Azərişıq"ın əməkdaşı iş başında ölüb
Şahbuz rayonunun Kükü kəndinə mövsümün ilk qarı yağıb - FOTOLAR
Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir
Sabiq nazir: "Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır" - "Oğlum vəzifəyə təyin olunanda..." (MÜSAHİBƏ)
Rəşad Nəbiyev ABŞ-da "Meta" rəsmisi ilə müzakirə aparıb - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Bakıda "16-cı NATO günləri" keçirilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇİN ordusu hərəkətləndi - Rəsmi Pekin qonşu ölkəyə xəbərdarlıq etdi
Qara dənizlə Aralıq dənizində zəlzələlər oldu
Salyanda yeni çəkilmiş yol çöküb - VİDEO
606 nəfər hərbçi təmirli mənzillərlə təmin olunacaq
Nəriman Axundzadənin atası danışdı: "Bəzən ona göndərməyə pulum olmayıb, onun adamı Allahdır" - “Oğlumu tənqid eləməyə bir söz demirəm, ancaq..."
"Avroviziya"ın qalibi mükafatını geri qaytaracaq - Etiraz böyüyür
Yaponiyada zəlzələ oldu - 6,7 bal gücündə
Kamran Əsədova cinayət işi açılıb - Şok ittiham var
Prokurorluğa işə qəbulla bağlı müsabiqəyə yekun vurulub
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının kollektivi Ulu Öndərin xatirəsini yad edib - FOTO
Ayın 13-dən güclü külək əsəcək - Xəbərdarlıq