İzmirdə 6.6 baş gücündə zəlzələ, ardınca sunami oldu: ölən və yaralananlar var, 100-dən çox yaxta dənizə sürükləndi - FOTOLAR (Yenilənir)
03-11-2020 [17:12]
İzmirdəki zəlzələ nəticəsində ölənlərin sayı 109 nəfərə çatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təbii fəlakət səbəbindən xəsarət alan 1 027 nəfərdən 883-ü xəstəxanadan evə buraxılıb.
**
Son məlumata görə, İzmirdə baş verən zəlzələdə ölənlərin sayı 91-ə artıb.
Mia.az xəbər verir ki, 994 yaralı var, onlardan 219 nəfərinin müalicəsi hələ də xəstəxanada davam etdirilir.
***
Noyabrın 2-i, saat 9.00-a olan məlumata görə, dağıntılar altından 3 yaşlı uşaq sağ çıxarılıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər veirr ki, ölənlərin sayı 79-a, yaralıların sayı isə 962-yə yüksəlib.
Hazırda xilasetmə işləri davam edir.
***
Son məlumata görə, İzmirdə baş verən zəlzələdə ölənlərin sayı 62-ə artıb.
***
Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı artıb.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
O bildirib ki, zəlzələ nəticəsində həlak olanların sayı 58-ə çatıb.
Xatırladaq ki, hadisə nəticəsində 900 nəfərə yaxın yaralı var.
***
1 noyabr saat 12.00-a olan rəsmi məlumata görə, okryabrın 30-da İzmirdə baş verən zəlzələdə ölənlərin sayı 51, yaralıların sayı isə 896 nəfrə çatıb.
Mia.az xəbər verir ki, hazırda da xilasetmə əməliyyatı davam edir
***
31 oktyabr, saat 19.30-da AFAD-ın yaydığı son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 35, yaralıların sayı 885 nəfər çatıb.
Mia.az xəbər verir ki, hazırda dağıntı alıtnda qalan ana ilə birgə 4 uşağının xilas edilməsi əməliyyatı davam edir.
Xatırladaq ki, bu ana qədər 100-dən çox insan dağıntılar altından çıxarılıb.
***
30 oktyabr, saat 23.59: AFAD-ın bu dəqiqələrdə yaydığı son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 24, yaralıların sayı 804 nəfər çatıb.
***
Mia.az TRT haber-ə istinadla xəbər verir ki, zəlzələdən sonra İzmirdə dəniz sahilində sunami də yaşanır.
Belə ki, dənizin qəfil daşması nəticəsində ərazidəki kafelərdə oturanlar qaça bilsələr də, əlil arabasında olan yaşlı bir qadın sunaminin qurbanı olub.
Məlumata görə, dəniz dalğasının qəfil yüsəlməsi nəticəsində bir çox küçələri su basıb. Sahildəki 100-dən çox yaxta gəmiləri dənizə sürüklənib.
Hazırda sunaminin davam etdiyi və buna görə dəniz suyunun yüksəlməsinin davam etdiyi bildirilir.
***
Son məlumata görə, İzmirdəki zəlzələdə 4 bina tamamilə dağılıb, 10-dan çox binada isə ciddi dağıntılar var.
Mia.az bildirir ki, AFAD-ın ilkin məlumatına görə, 4 nəfər ölüb, 152-dən çox yaralı var.
Bu dəqiqələrə qədərsə, 70 nəfər dağıntı altından çıxarılıb.
***
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə bölgədə bəzi tiklilərə ciddi ziyan dəyib.
İlkin məlumata görə, İzmirin Bayraklı rayonunda dağıntılar altından 3 nəfər yaralı çıxarılıb.
Hazırda xilasetmə işləri aparılır.




DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir