Fransa səfiri: "Bərdədə insan itkisindən çox kədərləndim"

img

29-10-2020 [12:11]


Fransanın Azərbaycandakı səfiri Zakari Bərdə şəhərinə raket hücumu nəticəsində mülki şəxslərin ölümündən kədərləndiyini bildirib.

Bu barədə fransalı diplomat “Twitter”də bildirib. 

“Bərdədə insan itkisindən çox kədərləndim", deyə Zaxari Qross qeyd edib.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR