Prezidentin köməkçisi: "Ermənistanın humanitar atəşkəs istəməsi ikiüzlülükdən başqa bir şey deyil”
SİYASƏT
28.10.2020, 15:45
“Biz beynəlxalq ictimaiyyətə öz çağırışımızı edirik”.
Mia.az xəbər verir ki, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Bərdədə yaralıların sayında artım olacağı istisna olunmur: “Hazırda Bərdə şəhərində bizim təhlükəsizlik orqanlarımız çalışır. Beynəlxalq ictimaiyyətə çağırış edirik ki, Ermənistan bu müharibə cinayətlərinə son qoymalıdır. Onlar Gəncədə olduğu kimi ballistik raketlərdən istifadə edirlər. Bu, Azərbaycana qarşı terrorçuluqdur. Bu, eyni zamanda irqçiliyin bariz nümunəsidir. Onlar bizim mülki şəxslərimizə, yaşlılarımıza, uşaqlarımıza qarşı hərbi cinayət törədirlər. Ermənistan bunun cavabını verəcək. Bu, eyni zamanda etnik təmizləmə siyasətidir və Xocalı soyqırımının davamıdır. Ancaq vasitələr və alətlər dəyişir. O zaman Xocalı soyqırımında Ermənistan rəhbərliyi birbaşa Silahlı Qüvvələrdən istifadə edərək mülki şəxsləri öldürürdülər. 600-dən çox mülki şəxs Xocalı soyqırımı zamanı qətl edilib. 20-25 ildən sonra onlar eyni şeyi edirlər.
İndi isə onlar beynəlxalq konvensiyalarda qadağan olunmuş silah-sursatdan istifadə edərək mülki şəxslərə hücum edirlər. Eyni zamanda, onlar söyləyir ki, guya Azərbaycan da bu silah-sursatdan istifadə edir. Amma biz görürük ki, onlar mülki şəxslərin sıx şəkildə yaşadığı yerlərdə bu silahlardan istifadə edirlər. Bu, soyqırım aktıdır, Ermənistanın siyasi rəhbərliyi tərəfindən törədilən cinayətdir. Ermənistan tərəfi bunu edərək bizim iradəmizi daha da gücləndirir. Bu hücumlar bizi daha da güclü edir. Ermənistanın iç üzü bununla daha əyani şəkildə görünür. Ermənistanın humanitar atəşkəs istəməsi riyakarlıq və ikiüzlülükdən başqa bir şey deyil”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Fatih Terimdən Vincenzo Montella haqqında - Açıqlama
Bugün, 19:33 İDMAN
-
İran Xarici işlər naziri ABŞ-da vasitəçilərlə görüşəcək
Bugün, 19:29 GÜNDƏM
-
Şuşada mina partladı: yaralı var
Bugün, 18:47 GÜNDƏM
-
ÜÇ RAYONA İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncamlar
Bugün, 18:27 GÜNDƏM
-
Milli Məclis bu memorandumu müzakirəyə çıxarır
Bugün, 18:01 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli işçilərini öz kadrları ilə əvəzləyir (Yenilənib)
Bugün, 17:53 CƏMİYYƏT
-
"Azərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin təbii resursları və..." - Vüqar Rəhimzadə
Bugün, 17:46 SİYASƏT
-
Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş nazirini qəbul edib
Bugün, 17:37 GÜNDƏM
-
İsrail ordusu Livanı bombalayıb
Bugün, 17:30 DÜNYA
-
Jurnalist Əvəz Zeynallı vəfat edib (Yenilənib)
Bugün, 17:24 PRESS
-
Kolleclərə boş qalan plan yerləri: qəbulun nəticələri elan olundu
Bugün, 17:15 GÜNDƏM
-
Vüsal Şilderin qətli üzrə məhkəmə işi: ittiham aktı elan olunub
Bugün, 17:03 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
“Trendyol”un PR direktoru şirkətdən ayrılıb
Bugün, 16:55 İQTİSADİYYAT
-
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Bugün, 16:48 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Fərman imzaladı
Bugün, 16:27 GÜNDƏM
-
Naxçıvana təyyarə uçuşu yenə təxirə salındı
Bugün, 16:14 GÜNDƏM
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 15:48 GÜNDƏM
-
Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO
Bugün, 15:30 GÜNDƏM
-
Türkiyədə müəllim öldürüldü - Məktəbdə + FOTO
Bugün, 15:18 KRİMİNAL
-
Agentlik sədrinin müavini nazir müavini təyin olundu
Bugün, 15:09 GÜNDƏM
-
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Bugün, 14:57 MƏDƏNİYYƏT
-
Yeni təhsil naziri kollektivə təqdim olunub
Bugün, 14:43 GÜNDƏM
-
"Lent.az" naziri "vurdu" - MƏKTƏBLƏRDƏ RÜSVAYÇILIQ DAVAM EDİR + VİDEO
Bugün, 14:34 CƏMİYYƏT
-
Ukraynada bir azərbaycanlı tələbə dron hücumunda həlak olub, biri isə yaralanıb - VİDEO (Yenilənib)
Bugün, 14:13 GÜNDƏM
-
Bakıda oğul öldürüldü - Anasının da meyiti tapıldı (Yenilənib)
Bugün, 14:00 CƏMİYYƏT
-
Rəşad Məcid Əvəz Zeynallının ailəsinə başsağlığı verdi
Bugün, 13:59 PRESS
-
“AzInTelecom”da yeni təyinat olub
Bugün, 13:48 İQTİSADİYYAT
-
Sabah Azərbaycanda leysan olacaq - Xəbərdarlıq
Bugün, 13:21 CƏMİYYƏT
-
Bakıda 48 yaşlı qadın öldürülüb
Bugün, 13:03 KRİMİNAL
-
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bugün, 13:03 GÜNDƏM
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:56 CƏMİYYƏT
-
"Qəbələ" klubunda yeni məşqçi təyinatları olub
Bugün, 12:19 İDMAN
-
Qarabağ zonasında daha 1385,8 ha ərazi minalardan təmizlənib
Bugün, 12:06 CƏMİYYƏT