Mərkəz: "Ermənistan təbiətə qarşı da təcavüzkar davranışlarından vaz keçməyib"
23-10-2020 [14:49]
"Terrorizm sözü özündə ekoloji terror ifadəsini də ehtiva edir, lakin heç kim hansı terrorun daha dəhşətli olduğu ilə bağlı mübahisə edə bilməz. İlkin olaraq qeyd edək ki, ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur".
Mia.az xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhində deyilir.
Bildirilib ki, Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun rəsmi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində olmasına baxmayaraq, son 30 ildə Ermənistanın qanunsuz işğalı altındadır. İşğal nəticəsində təxminən 30 min insan həyatını itirib və 1 milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb:
"O vaxtdan bəri, Ermənistan təbiətə qarşı təcavüzkar davranışlarından da vaz keçməyib. Bununla da, bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurulub. Ekoloji çöküş hər keçən gün daha da dərinləşir.
Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Daha dəqiq desək, ölkənin bəzi transsərhəd içməli su ehtiyatları və suvarma sistemləri Ermənistanın birbaşa işğalı altındadır və bunlar həmişə Azərbaycan xalqına qarşı “hərbi silah” kimi istifadə olunur.
Su qıtlığı günümüzdə bütün dünyada və yerüstü su ehtiyatlarının 72,7%-nin ölkə xaricində formalaşan Azərbaycanda da “qaynar” mövzudur. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirir. Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənir.
Bundan əlavə, Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur .
Azərbaycanın hündürlüyünə (125 m) görə ən yüksək olan və ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı - Ağdərə bölgəsində (Dağlıq Qarabağ) yerləşən Sərsəng su anbarı da işğal altındadır. Keçmişdə Sərsəng su anbarı respublikanın 6 rayonunu (Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) suvarma suyu ilə təmin edirdi.
1994-cü ildən başlayan atəşkəsdən sonra Ermənistan tərəfindən bu su anbarını bağlanıb. Suvarma kanalları yalnız yaz və payız aylarında süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün müddətli açılırdı. Üstəlik, hər hansı bir texniki səbəbdən yarana biləcək və ya qəsdən törədiləcək təxribat nəticəsində su anbarının daşma ehtimalı çox yüksəkdir. Belə ki, Sərsəng su anbarı gündən-günə regional ekoloji və milli təhlükəsizlik üçün ən böyük təhdid halına gəlir. Bu terrorun ekoloji və humanitar nəticəsi kimi Azərbaycanın 5 regionu daşqına məruz qala bilər ki, bu da həmin ərazilərdə yaşayan 400 minə yaxın insanın həyatına, eləcə də bioloji müxtəlifliyə təhdid yaradır.
Bütün məsələlərə ümumi perspektivdən baxdıqda, Azərbaycanın 1992-ci ilin martında BMT-nin “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nı imzalaması, Ermənistanın isə bunu hələ də imzalamaması təəccüblü deyil. Ermənistanın ekoloji terror aktları bir neçə dəfə beynəlxalq təşkilatlarla müzakirə edilib, bununla bağlı çoxsaylı məqalələr yazılıb və araşdırmalar aparılıb. Nəticədə, Avropa Şurası Parlament Assambleyası tərəfindən "Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında 2016-cı il 26 yanvar tarixli, 2085 saylı Qətnamə qəbul edib. Həmin qətnamədə deyilir: “... Assambleya tərəfindən hesab edilir ki, qəsdən süni bir ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qəbul edilməli və bu hal bir dövlətin digərinə qarşı ekoloji fəlakət bölgələri yaratmaq və orada yaşayan əhalinin normal həyatının mümkünsüz edilməsinə yönəlmiş “ətraf-mühit aqressiyası” kimi qəbul edilməlidir”.
Qətnamədə həmçinin bildirilir ki, Dağlıq Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən işğalı Qarabağın işğal altında olmayan ətraf ərazilərində yaşayan Azərbaycan vətəndaşları üçün bənzər humanitar və ekoloji problemlər yaradıb və Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərindən birində yerləşən Sərsəng su anbarında iyirmi ildən artıq planlı texniki qulluq işlərinin aparılmaması səbəbindən bütün sərhəd bölgə üçün ciddi təhlükə yaradır. Assambleya qeyd edib ki, Sərsəng su anbarının bərbad vəziyyətdə olması böyük bir insan tələfatı və bəlkə də yeni bir humanitar böhran ilə nəticələnə biləcək bir fəlakətə səbəb ola bilər.
Bütün bu faktlar nəzərə alınmaqla Assambleya tərəfindən Ermənistan silahlı qüvvələrinin dərhal bölgədən çıxarılması, ərazinin müstəqil mühəndislər və hidroloqlar tərəfindən yerində araşdırması, Sərsəng su anbarına suyun toplanması, su resurslarından istifadə və həmin su sahəsinin saxlanılması üzrə qlobal idarəetmənin təşkili, suvarma kanallarına, Sərsəng və Madagiz (indiki Suqovuşan) su anbarlarının vəziyyətinə, payız və yaz fəsillərində suyun səviyyəsinə və sulu təbəqənin həddindən artıq istismarına beynəlxalq nəzarətin təşkili tələb kimi qoyulub.
Onlar həmçinin, Ermənistan hakimiyyət orqanlarını su mənbələrindən siyasi təsir vasitəsi və ya münaqişə tərəflərindən yalnız birinə fayda gətirən təzyiq vasitəsi kimi istifadəni dayandırmağa çağırıblar.
Qətnamənin təsdiq edilməsinə baxmayaraq, Ermənistan məkrli və qeyri-adekvat hərəkətlərindən geri çəkilməyib və beynəlxalq hüququn prinsiplərinə qarşı ardıcıl qeyri-konstruktiv davranış nümayiş etdirməyə davam edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də bildirib ki, 30 illik ekoloji terror Azərbaycanın Sugovuşan kəndinin işğaldan azad olunması ilə sona çatıb. Tərtər çayı bol su ilə axır. Ermənistan həmişə məqsədli şəkildə su axınının qarşısını alırdı. Azərbaycanın Tərtər, Goranboy və Yevlax bölgələrində ekoloji tarazlıq təmin ediləcək".
Qeyd edək ki, Sugovuşanın (əvvəllər Madagiz adlandırılırdı) 3 oktyabr 2020-ci il tarixində erməni işğalından azad edilməsi regional eko-balansın bərpasına imkan yaradıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb