Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərlə bağlı qanuna - Dəyişiklik

img

22-10-2020 [18:34]


Nazirlər Kabineti “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qərarlarında dəyişiklik edib.

Qərara əsasən, aşağıdakı qərarlarda dəyişiklik edilərək “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilib.

- “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” 1993-cü il 8 yanvar tarixli 9 nömrəli;

- “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli;

- “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərar/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA