Çempionlar Liqası: "Real Madrid" evdə uduzdu, "Lokomotiv" səfərdə heç-heçə etdi

img

21-10-2020 [22:59]


UEFA Çempionlar Liqasında ilk turun növbəti iki oyunu keçirilib.

Məlumata görə, "Real Madrid" komandası İspaniyada Ukrayna "Şaxtyor"u ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Hələ ilk hissədə qapısında 3 qol görən "kral klubu" fasilədən sonra bunların 2-nin əvəzini çıxmağı bacarıb.

Rusiya "Lokomotiv"i isə Avstriyada "Zaltsburq"la matçda 2:2 hesablı heç-heçəyə nail olub.

Qeyd edək ki, gecənin daha 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA