Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında IV tur matçında Monteneqro millisi iıə qarşılaşıb.
Mia.az xəbər verir ki, Podqoritsa şəhər stadionunda keçirilmiş qarşılaşmada meydan sahibləri qalib gəliib - 1:0.
Yeganə qolu kapitan Stevan Yovetiç 9-cu dəqiqədə vurub.
Bununla da meydan sahibləri ardıcıl 3-cü matçında qol buraxmadan qələbə qazanaraq, xalını 9-a çatdırıb və inamla liderliyini davam etdirib. Azərbaycan 3 xalla 3-cü yerdə qərarlaşıb.