İyunda keçiriləcək Dünya Çempionatının qrupuna yüksələn Türkiyə yığmasının oyun təqvimində dəyişiklk edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə FİFA bu gün yeni qərar verib.
Qərara əsasən, D qrupunda mübarizə aparacaq Türkiyənin Paraqvayla oyununun başlama vaxtı önə çəkilib: “20 iyunda oynanılacaq matç əvvəl elan olunduğu kimi, Bakı vaxtı ilə 08:00-da deyil, 07.00-da başlayacaq”.
Türkiyənin digər oyunları isə bu tarix və saatlarda keçiriəcək:
14 iyun:
08:00 Avstraliya - Türkiyə
20 iyun:
07:00 Türkiyə - Paraqvay
26 iyun:
06:00 Türkiyə - ABŞ
Fərid
MİA.AZ